Yuxarı

Müalicəsi həkimdən çox, xəstədən asılı xəstəlik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtların ən sıx yayılmış xəstəliklərindən biri qida borusu və mədə spazmıdır ki, buna müasir həyat tərzinin xəstəliyi də demək olar.

Bu haqda Axar.az-a həkim-qastroenteroloq Yaşar Qurbanov bildirib.

Onun sözlərinə görə, bu xəstəliyin əmələ gəlməsinin ən başlıca səbəbi vaxtında və düzgün qidalanmamaq, sıx iş qrafiki ilə əlaqədar ayaqüstü və tələsik yeməkdir:

"Mədə-bağırsaq xəstəlikləri məhz insanın öz səhvindən yaranan xəstəliklərdir. İş, karyera, hərəkətli həyat həvəsi ilə qaçaraq yemək vərdişi qida borusu, mədə və onikibarmaq bağırsağın zədələnməsinə gətirib çıxarır. Yaxud insanın bilərəkdən orqanizmə zərər verən qidalar – konservantlar, turşu və ağır yeməklər, qidanın və mayenin həddən artıq isti halda qəbulu da mədə və qida borusu spazmına yol açan səbəblərdəndir" .

Y.Qurbanov bildirir ki, mədə spazmının digər səbəbi də keyfiyyətsiz qida məhsullarıdır:

"Bu gün dükan-bazarlarda istənilən növdə məhsullara rast gəlmək olar. Təbii ki, böyük marketlərdə təqdim olunan məhsullar keyfiyyəti və istehsal tarixinə görə daha üstündür. Amma bazarlarda dəfələrlə ucuz ət məhsulları, kolbasa məmulatları və digər mənşəyi bilinməyən qida növlərinə rast gəlmək olar ki, aztəminatlı vətəndaşlar belə məhsullara üz tuturlar. Unutmaq olmaz ki, cibə belə qənaət sonra daha betər xərclərə - davamlı müalicələrə gətirib çıxara bilər. Xüsusən gənc nəsli dönər, hamburger və bu kimi "fast fud" qidalarından, qazlı içkilərdən uzaq tutmaq lazımdır".

Qastroenteroloq həmçinin diqqətə çatdırır ki, bütün xəstəliklərin yaranması və ya güclənməsinə səbəb olan stress qida borusu və mədə spazmının birbaşa qaynağıdır:

"Ümumiyyətlə, orqanlarda spazm stresdən "su içir". Gündəlik stress zamanı qidalanma pozulur və bir müddətdən sonra sözügedən xəstəliyin əlamətləri ortaya çıxır. Xəstəlik əsasən 20-40 yaşlı insanlarda müşahidə olunur ki, insan həyatının ən gərgin və stresli anları da məhz bu dövrdür. Ona görə də bu xəstəlikdən qorunmaq və ya müalicə olmaq istəyənlər maksimum stresdən uzaq durmalı, vaxtında və düzgün qidalanmalı, istirahət etməlidirlər. Başqa sözlə, xəstəliyin müalicəsi həkimdən çox, xəstənin özündən asılıdır".

Tarix
2016.10.27 / 09:18
Müəllif
Şəfiqə Şəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla