Yuxarı

Ankara-Bakı-Moskva formatı yaradılır - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara üçtərəfli əməkdaşlıq formatlarının sadəcə iqtisadi deyil, siyasi nəticələr verməsini də gözləyir.

Bunu Trend-ə müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Ərkan Özoral deyib.

Səfirin sözlərinə görə, üçtərəfli formatlar üç ölkə arasında siyasi və iqtisadi əlaqələri yeni səviyyəyə çıxararaq, regional inkşafa ciddi dəstək verəcək.

Azərbaycan və Türkiyənin digər ölkələrlə həyata keçirdiyi üçtərəfli əməkdaşlıq formatlarının əhəmiyyətini qeyd edən diplomat bildirib ki, belə formatda əməkdaşlıq ölkələrin xalqlarına daha böyük fayda verəcək:

"Bunun ən yaxşı nümunəsi Gürcüstanla olan üçtərəfli formatdır. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin üç ölkəyə qazandırdığı ortadadır. İnşası davam edən və yaxın zamanlarda tamamlanması gözlənilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin üç ölkəyə, həmçinin bütün Avrasiyaya fayda verəcəyi hamıya məlumdur".

E.Özoral diqqətə çatdırıb ki, eyni formatda İranla əməkdaşlıq da hər üç ölkənin xalqlarının xeyrinə olacaq.

Səfirin sözlərinə görə, Türkiyənin Orta Asiyaya gedən yolları diversifikasiya etməsi ilə Azərbaycan bu istiqamətdə əsas məntəqə olacaq: "Bütün bunlar Xəzər dənizindəki gəmi daşımaları, Ro-Ro səfərlər, regiondakı dəmir yolu daşımalarına müsbət təsir edəcək".

O əlavə edib ki, üçtərəfli əməkdaşlıq bir tərəfdən üçtərəfli iqtisadi əməkdaşlığın inkişafına dəstək verəcək, digər tərəfdən, üç ölkənin münasibətlərini gücləndirərək ölkələri siyasi baxımdan bir-birinə daha da yaxınlaşdıracaq: "Bütün bunlar regionda sülh və əmin-amanlığa çox böyük dəstək verəcək".

Diplomatın sözlərinə görə, son zamanlar Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması üzərində iş aparılır.

Tarix
2016.10.27 / 10:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla