Yuxarı

Madonnanın özünü təslim etdiyi repçi – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı aktyor, bəstəkar və repçi Dreykin əsl adı Obri Dreyk Qremdir. Musiqiçi 1986-ci ildə Torontoda zərbçi ailəsində anadan olub. Dreykin atası əfsanəvi Cerri Li Luisin zərbçisi kimi məşhurdur.

Axar.az xəbər verir ki, tez bir zamanda dünya şöhrətinə qovuşan musiqiçinin valideynləri onun 5 yaşı olanda yollarını ayırıblar. Anası ilə yaşayan balaca Dreyk yay tətillərini Memfisdə atası ilə keçirib.

Obri musiqi ilə ciddi şəkildə məşğul olmağa 2006-cı ildə başlayıb. O vaxt Dreyk Mayspeys sosial şəbəkəsinə "İnkişaf otağı" ("Room for improvement") trekini yerləşdirir. Bir il sonra isə ikinci parça – "Geridönüş fəsli" ("Comeback season") izləyicilərə təqdim olunur.

Bir il sonra BET kanalı Obrini "Əvəzləyici qız" ("Replacement girl") parçasını səsləndirməsi üçün efirə çağırır. Bu çıxışda sonra Dreykin bütün həyatı dəyişir...

Dünya şöhrətli musiqiçi Lil Ueyn Obrinin BET çıxışını izlədikdən sonra ona yardım etmək qərarına gəlir. Repçilər birgə bir neçə mahnı yazır.

2009-cu ildə Dreyk "Çox uzağa getmiş" ("So far gone") trekini dinləyicilərə təqdim edir. Musiqinin sosial şəbəkələrə yüklənməsindən bir neçə dəqiqə sonra onu 2 min dinləyici yükləyir. Tezliklə ölkənin bütün radioları bu mahnını günün hiti olaraq təqdim edir. Bu trekdən sonra Cey Zi, Kayne Uest, Timbaland kimi dünya ünlüləri Dreykə əməkdaşlıq təklif edir.

Musiqiçinin "Sahib olduğum ən yaxşı şey" ("Best I ever had") mahnısı iki Qremmi – Ən yaxşı rep və Ən yaxşı solo rep – mükafatlarına layiq görülür.

2009-cu ildə Dreyk Yanq Maney Enterteynment studiyası ilə müqavilə bağlayır.

2010-cu ildə Dreyk Cuno Avards mükafatına layiq görülür.

Musiqiçinin ilk albomu 2010-cu ildə "Mənə sonra təşəkkür et" ("Thank me later") işıq üzü görür. Albom qısa zaman ərzində bütün dünyada böyük bir şöhrət qazanır.

Obrinin kürəyində müğənni Aliyahın əks olunduğu tatu var. Sinəsində isə Aliyahın doğum tarixinin əks olunduğu böyük bir yazı döyməsi var.

2009-cu ildə müğənni Rihanna ilə birgə həyata keçirdikləri bir neçə layihədən sonra onlar sevgili olub. Uzun müddət əlaqələrini gizlədən məşhurlar yaxın keçmişdə yollarını ayırıb.

Dreykin uzun müddət müğənni Niki Minajla birlikdə olduğu da deyilir. Minaj özü bunu inkar etsə də, Obri Nikini bir zamanlar sevdiyini heç vaxt gizləməyib.

Obrinin Los Ancelesdəki iqamətgahının özünəməxsus adı var. Repçi yaşadığı evə – YOLO (You only live once) – "Bircə dəfə yaşayırsan" adını verib.

Müsahibələri zamanı Obri heç bir mahnı sözünü vərəqə yazmadığını etiraf edib. Bəstəkar və repçi mahnı sözlərini öz Blekberri markalı telefonu ilə yazdığını dəfələrlə öz treklərində də vurğulayıb.

Dreykin başına gələn ən yaddaqalan hadisələrdən biri əfsanəvi musiqiçi Madonnanın konserti zamanı yaşanan insidentdir. Dreyklə duet oxuyan Madonna səhnədə gənc oğlanın dodağından öpmüş, Dreyk isə Madonnanın bu hərəkətindən sonra ağzını silmişdi. Bu hadisə Dreyki bir neçə gün dünya manşetlərinə çıxarmışdı.

Tarix
2016.10.27 / 17:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla