Yuxarı

"Torpaqlarımız azad olunduqdan sonra..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 28-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

Report xəbər verir ki, görüşdə regionda həyata keçirilən və hazırlanan yeni layihələr, strateji tərəfdaşlığın inkişaf perspektivləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

D.Kumsişvili deyib ki, Gürcüstan dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır: "Bu gün xalqlarımız, dövlət və hökumət rəhbərlərimiz arasındakı dostluq münasibətləri əlaqələrimizin hərtəfəli inkişafı üçün geniş imkanlar yaradır. Bizim bir sıra layihələrimiz var və çalışırıq ki, həmin layihələri tez bir zamanda reallaşdıraq".

Nazir bildirib ki, bu layihələr iki xalqın və dövlətin ümumi rifah halının yaxşılaşmasına və dövlət maraqlarına uyğundur. D.Kumsişvilinin sözlərinə görə, bu layihələr həm də, strateji tərəfdaşlığın daha möhkəmlənməsinə xidmət edir.

Şahin Mustafayev göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar: "Bizim birgə iştirakımızla həyata keçirilən irimiqyaslı və regional layihələr təkcə bizim xalqlarımızın deyil, ümumilikdə regionun inkişafına, sülhün və təhlükəsizliyin təminatına xidmət edir".

Nazir nümayəndə heyətlərinin beynəlxalq tədbirlərdə də mövqelərinin birgə müdafiə olunmasının vacibliyini qeyd edib. O bildirib ki, hər iki dövlətin əraziləri işğal olunub: "Torpaqlarımız işğaldan azad olunduqdan sonra regional əməkdaşlığımız daha genişlənəcək".

Tarix
2016.10.28 / 10:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla