Yuxarı

Markovdan İrəvana mesaj: Qarabağ qayıtmasa… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apreldə baş verən müharibə bağlı qapılar arxasında Qarabağ danışıqlarını fəallaşdırıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov söyləyib. Onun sözlərinə görə, indiyə qədər tərəflər arasında əsas müzakirə mövzusu "Kazan formulu" idi:

"Ermənistanın daxili siyasi səbəbləri ucbatından "Kazan formulu"nu həyata keçirməyə hazır olmadığı üzə çıxdı və prezidentlərin Sankt-Peterburq görüşündən sonra danışıqlarda təzədən durğunluq yarandı. Amma İlham Əliyev hədələrlə deyil, konkret təkliflərlə çıxış edəndə (söhbət işğaldakı ərazilər azad edildikdən sonra Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi haqda təklifdən gedir, – red.) Ermənistan hər vəchlə dirəniş göstərir və nizamlama prosesini tormozlayır. Azərbaycan prezidenti həm də əmin edir ki, Azərbaycan sülhə can atır, müharibə istəmir, azərbaycanlılar və ermənilər eyni ərazidə birgə yaşaya bilərlər. Ermənistan isə Xarici İşlər naziri Edvard Nalbəndyanın dilindən bunu da qıcıqla qarşılayır. Çünki hər necə olmasa, Ermənistan monoetnik ölkədir. Təəssüf ki, Ermənistan rəhbərliyi devrilə biləcəyindən ehtiyatlanaraq, bundan yayınır. İstər həmsədrlərin səfəri, istərsə də Azərbaycan prezidentinin bəyanatı həm İrəvana danışıqları davam etdirmək üçün bir stimul, həm də diplomatik təzyiqin bir formasıdır. İrəvan gərək unutmasın ki, bu kimi diplomatik addımlar günün birində kəsilə, onun yerinə isə Ermənistana qarşı sanksiyalar işə düşə bilər. Məlumdur ki, Rusiya, Avropa Birliyi, ABŞ Ermənistana böyük həcmdə iqtisadi yardım göstərir. İstisna deyil ki, onlar bu köməyi tədricən azaldaraq, Ermənistanın ciddi danışıqlar masası arxasında əyləşməsi üçün təzyiq edə bilərlər. Əgər bu və digər təsirlər nəticəsiz olsa, o zaman "aprel" təkrarlana bilər".

Tarix
2016.10.28 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla