Yuxarı

Ginnesin rekordlar kitabına düşən Bakı – Faciəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1995-ci ilin 28 oktyabrında Bakı Metropolitenində tarixin ən böyük faciəsi baş verib.

Axar.az xatırladır ki, "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olmuş, 270 nəfər yaralanmışdı. Qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunan qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilib.

Uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Prezident Heydər Əliyevin sərəncamı ilə ölkədə 3 gün matəm elan edilib. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər geniş miqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası Ginnesin rekordlar kitabına düşüb.

Tarix
2016.10.28 / 12:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla