Yuxarı

Moskva çevrilişə cəhd etdi, dostu mane oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya təcili olaraq Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevi Serbiyaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Kommersant" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet Patruşevin səfərinin gizli saxlanıldığını bildirib:

"Patruşev Serbiyada Daxili İşlər naziri Neboyşey Stefanoviçlə yanaşı, çərşənbə günü Prezident Tomislav Nikoliç, Xarici İşlər naziri İviça Daçiçlə, dünən isə Baş nazir Aleksandr Vuçiçlə görüşüb. Bütün görüşlərin hamısı bağlı qapılar arxasında keçirilib.

Səfərlə bağlı yayılan məlumatlarda hökumət Patruşevin Belqrada təhlükəsizlik sahəsində qarşılıqlı əlaqə haqqında memorandumu Serbiya hakimiyyəti ilə razılaşdırmaq üçün göndərdiyini bildirib. Lakin ekspertlər buna inanmır və Patruşevin səfərinin Monteneqro hadisələri bağlı olduğunu iddia edirlər. Patruşevin məqsədi yaranmış böhranı yoluna qoymaq olub və görünür, o, bunu bacarıb.

Serbiya hakimiyyətinə yaxın olan mənbələr isə Belqradın Monteneqroda baş verən heç bir hadisədə maraqlı olmadığını və bu qalmaqalda adlarının yer almasını istəmədiyini bildiriblər".

Qeyd edək ki, bazar ertəsi axşam Serbiya Baş naziri Aleksandr Vuçiç Təhlükəsizlik Xidmətlərinin Koordinasiyası Bürosunun iclasından sonra Monteneqroda oktyabrın 16-da baş tutan parlament seçkisinin ardınca dövlət idarəsinin zəbt edilməsi ilə bağlı planın detallarını mətbuata açıqlayıb. Vuçiç çıxışında Monteneqro prokuroru Milivoye Katniçanın qonşu ölkənin Skupşina şəhərinə hücum hazırlayan və müxalifətin mitinqində atəş açaraq xaos yaratmaq, parlamentə hücum etmək istəyən Serbiya vətəndaşlarının həbsi barədə məlumatını təsdiq edib. Baş nazir həmçinin Serbiyaya bu planın reallaşdırılması üçün cəlb edilən qrupların arxasında ciddi gücün dayandığını bildirib.

Maraqlı məqam odur ki, sonradan aparılan axtarış nəticəsində Monteneqroda teraktlar törətmək istəyən qruplar içərisində Rusiya vətəndaşlarının da olduğu müəyyən edilib. Həbs olunan zaman onların yaşadığı ərazidən Monteneqro xüsusi təyinatlılarına məxsus hərbi formalar da tapılıb. Bu şəxslər Serbiyadan təcili deportasiya ediliblər.

Monteneqro planlanan teraktları hakimiyyət çevrilişinə cəhd kimi dəyərləndirib və bu işdə Rusiyanı ittiham edib.

Tarix
2016.10.28 / 15:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla