Yuxarı

Xəstəxananın işığı kəsildi - Xəstələrin həyatı təhlükədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib.

RMX-nin baş həkimi Şəhrəbanu Məlikova Report-a açıqlamasında məlumatı təsdiqləyib.

Baş həkim xatırladıb ki, Ağsu rayon Mərkəzi Xəstəxanasının yeni binası bu ilin iyun ayında istifadəyə verilib: "Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Amma "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq".
Onun sözlərinə görə, hazırda xəstəxanada 22 dializ xəstəsi var: "Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə biz nə edəcəyik?!".
Ş.Məlikova qeyd edib ki, xəstəxanaya elektrik enerjisi müvəqqəti olaraq generatorla verilir: "Təcili əməliyyatlarımızı bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir".
Həkim bildirib ki, dövlət qurumlarına və nazirliklərə müraciət edilib: "Hər yerə müraciət etmişik, amma cavab verilmir. Heç kim heç nə demir. Hazırda xəstəxanada istilik sistemi, havalandırma sistemi işləmir, su, işıq yoxdur. Bu sistemlərin hamısı elektrik ilə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!".

Tarix
2016.11.05 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla