Yuxarı

İlham Əliyev: "Albaniya dost ölkədir" - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Eritreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

***

17:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazhelinin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

***

Albaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Genti Qazheli etimadnaməsini təqdim etdikdən sonra Prezident İlham Əliyevlə müzakirələr aparıb.

Axar.az xəbər verir ki, Azərbaycan ilə Albaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələr arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu vurğulayıb. Albaniya Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərini və onlarla keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı bu səfərlərin əməkdaşlığın inkişaf etdirilməsi baxımından çox əhəmiyyətli olduğunu deyib. İkitərəfli əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın bu əlaqələrin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Dövlət başçısı enerji sahəsində əlaqələrin digər istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, ticarət, nəqliyyat sahələrində də əməkdaşlıq üçün yaxşı imkan yaradacağını bildirib. "Cənub Qaz Dəhlizi" kimi mühüm layihənin birgə həyata keçirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Albaniyaya investisiya yatırmaqda maraqlı olduğunu deyib. Dövlət başçısı beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyən Azərbaycan və Albaniyanın bu təsisatlar çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. İkitərəfli əlaqələrdə qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev Albaniyanın Azərbaycana dost ölkə olduğunu söyləyib, Albaniyada da ölkəmizə eyni münasibətin göstərildiyini məmnunluqla qeyd edib və bu baxımdan tərəfdaşlığın gücləndirilməsinin və bu potensialdan maksimum istifadə olunmasının vacibliyini bildirib.

Səfir Genti Qazheli Albaniya Prezidenti Buyar Nişaninin və Baş nazir Edi Ramanın salamlarını və ən xoş arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıb. Səfir Trans-Adriatik qaz boru kəmərinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Diplomatik əlaqələrin müstəsna xarakterə malik olduğunu qeyd edən səfir Albaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi işinə sadiq qalacağını bildirib və iqtisadi əlaqələrin gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Dövlət başçısı Albaniya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Tarix
2016.11.05 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla