Yuxarı

Bu zavodun tikintisinə 3 bank cəlb olunacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sumqayıtda karbamid zavodunun tikintisinin maliyyələşdirilməsi üçün Almaniyanın Deutsche Bank, Fransanın Société General və İtaliyanın UniCredit banklarını cəlb etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu zavodun direktoru Xəyal Cəfərov deyib.

Layihənin maliyyələşdirilməsindən danışan X.Cəfərov onun ümumi həcminin 700-750 milyon avro təşkil etdiyini, ilk mərhələdə 205 milyon manatın Azərbaycanın dövlət büdcəsindən ayrıldığını bildirib.

X.Cəfərov qeyd edib ki, bundan sonra 201 milyon avro məbləğində kredit cəlb olunub: "Hazırda 300 milyon əlavə kreditin cəlb olunması üçün danışıqlar aparılır".

Ümumilikdə 500 milyon avro kreditin cəlb olunacağını deyən zavod direktoru, kreditin 51 faizinin Cənubi Koreyanın EksimBankı tərəfindən təmin olunduğunu, digər hissələrin Almaniyanın Deutsche Bank, Fransanın Société General və İtaliyanın UniCredit bankları tərəfindən təqdim olunacağını bildirib.

Karbamid zavodunun tikintisi 2017-ci ilin sonunda başa çatacaq.

Tarix
2016.11.05 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla