Yuxarı

Bu məhsulları alarkən diqqətli olun - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Satışda xeyli yarımfabrikat məhsullar var. O yeməklər ki, rəngarəng qablaşdırılması ilə göz oxşayır. Yemək bişirməyə vaxtı olmayanlar bu qidalara tez-tez üstünlük verirlər. Evdə hazırlanan yeməklər bir həftəyə xarab olduğu halda yarımfabrikatlar mağazalarda aylarla saxlanılır.

Satıcılar belə qidaların uzun müddət saxlanılmasında problemin olmadığını deyirlər.

İnkar etmək olmaz ki, bu qidaların hər birinin üzərində istehsal və son istifadə tarixi göstərilib. Məsələn, bu ət, cari ilin aprel ayında istehsal olunub, istifadə müddəti isə 1 ildir. Hazır xəmir yeməkləri üçün isə 180 gün - yəni 6 ay müddət təyin edilib.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, istehsalçı şirkətlər qaydaları pozurlar. Məhsulları normativ sənədlər olmadan satışa buraxırlar. Əks halda saxlanılma müddəti artıq göstərilən yarımfabrikat qidaların satışına icazə verilməzdi.

Məsələn, qablaşdırmada 1 il göstərilsə də, ətdən hazırlanan qidalara, mənfi 5 dərəcədə olmaq şərti ilə 2-3 gün, mənfi 20 dərəcədə olduğu halda isə cəmi 10 gün saxlama vaxtı verilir.

Düşbərə kimi yarı ət, yarı xəmirdən hazırlanan dondurulmuş yeməklərə isə 5 gün, dərin dondurucuda saxlanıldıqda isə 1 ay müddət verilir. Amma satışdakı xəmir yeməkləri üçün təyin edilən müddət 6 aydır.

Qida mütəxəssisi İmran Abdullayevin sözlərinə görə, belə yarımfabrikatlar keyfiyyətini itirdiyindən tərkibindəki yağlar parçalana bilər. Bu isə zəhərlənmələrə səbəb ola bilər. Alıcılar istehsal ilinə diqqət etməklə yanaşı, hansı ayda satışa çıxarıldığına da nəzarət etməlidirlər. Bir aydan artıq satışda olan bu qidalardan uzaq durmaq məsləhət görülür.

Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Tarix
2016.11.05 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla