Yuxarı

Sərkisyan bunu da etdi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də İrəvan polisinin post-patrul xidmətini ələ keçirən və üç həftədən sonra təslim olan silahlı dəstə üzvlərindən biri Ovanes Arutyunyanın saxlandığı məhbusların müalicə mərkəzində vəziyyəti ağırlaşsa da, onun müalicəsindən imtina olunur.

Musavat.com xəbər verir ki, bu barədə banda üzvünün vəkili Ayarpi Sərkisyan Ermənistan mətbuatına bildirib. Vəkilin sözlərinə görə, məlum hadisələr zamanı ayağından güllə yarası almış Arutyunyanın vəziyyəti getdikcə pisləşir. Məhkumlar üçün nəzərdə tutulan xəstəxanada saxlandığı halda, müalicə olunmayan banda üzvü o həddə çatıb ki, "ya ayağımı kəsin, ya da müalicə edin" deyir. Vəkil onu da bildirib ki, bundan əvvəl qoltuqağacı ilə gəzə bilən məhbusun durumu o qədər ağırlaşıb ki, artıq bu imkandan da məhrum olub. A.Sərkisyan deyib ki, müvəkkili təcili əməliyyat olunmalıdır. Bu barədə əcnəbi həkimlərin də rəy verməsinə baxmayaraq, indiyədək əməliyyat qərarı verilməyib.

Özünü "Sasna çrer" - "Sasun igidləri" adlandıran silahlı dəstə iyulun 17-də İrəvan polisinin post-patrul xidmətinin alayını zəbt edərək Müəssislər Məclisi müxalif təşkilatının lideri, Qarabağ müharibəsinin canilərindən biri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb etmişdi. O zaman İrəvanda baş verənlər prezident Serj Sərkisyan komandası tərəfindən quraşdırılan oyun kimi dəyərləndirilirdi. Hesab olunurdu ki, hakimiyyət aprel məğlubiyyətindən sonra Qarabağla bağl ı güzəştlərdən qaçmaq və qəzəbli erməni əhalisinin diqqətini yayındırmaq üçün bu ssenarini düzüb-qoşub. Yaralı banda üzvlərini müalicə etməməklə onları intihar həddinə çatdıran Sərkisyan iqtidarı güman ki, ssenariyə uyğun olaraq şahidləri də aradan götürmək istəyir.

Tarix
2016.11.05 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla