Avtobus körpüdən aşdı: Hamı öldü, yalnız o sağ qaldı
01:19
Ana səhifə Planet |
Türkiyə ilə İranın beynəlxalq mövqeləri fərqli ola bilər. Lakin bu məsələ Tehranın Ankaranı regional təhdidlərə qarşı yalnız buraxacağı anlamına gəlməməlidir.
Axar.az xəbər verir ki, bunu İran prezidentinin birinci müavini İsak Cahangiri Türkiyə İqtisadiyyat naziri Nihat Zeybəkçi ilə görüşü zamanı deyib.
"Ankara Tehran və Bağdada qarşı Ər-Riyad kimi davranmaq meylindən uzaqlaşmalıdır. İran bu mövqeyə müsbət yanaşmır", - deyə Cahangiri bildirib.
Qeyd edək ki, İran rəsmiləri və dini liderləri ölkə daxilindəki çıxışlarında mütəmadi olaraq Türkiyə əleyhinə ifadələr işlətməkdən çəkinmirlər.
Tarix
2016.11.05 / 23:50
|
Müəllif
Kamran Ədalət
|