Yuxarı

Dəhşətli qəzada ölən şəxsin kimliyi bilindi - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:57

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə qadın meyiti aşkar edilib.

Report məlumat verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis şöbəsinin əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti hələlik bilinməyən qadının üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran polisi ölən şəxsin kimliyini və kim tərəfindən vurulduğunu araşdırır.

***

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, körpünün üzərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın verdiyi məlumata görə, qəza zamanı ölən şəxsin 1979-cu il təvəllüdlü Sultanov Nazim Nizam oğlu olduğu müəyyənləşib.

Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisədən sonra qəza yerindən qaçan sürücünü də tapmaq mümkün olub. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qasımov Fərid Aslan oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Onun hadisəni DAF markalı 90 OK 524 dövlət nömrə nişanlı avtomaşınla törətdiyi aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2016.11.06 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla