Yuxarı

“Məqsəd Türkiyəni bundan məhrum etməkdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə qarşı hücumlar bir mərkəzdən idarə olunur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, Türkiyə stabilliyinin qorunması, dövlətçiliyinə qarşı təhdidlərin və ən əsası xaricdən müdaxilənin qarşısının alınması üçün vaxtaşırı addımlar atır:

"Parlamentin bir qrup kürd deputatının həbs edilməsi ilk növbədə onların istintaqa izahatdan imtina etmələri ilə bağlıdır. Hadisələrin sonrakı inkişafını hər halda gedişat göstərəcək. Türkiyə son dövrlər çox mürəkkəb bir situasiya yaşayır. Suriya və İraqda gedən vətəndaş müharibəsi, həmçinin PKK-nın ölkə daxilində terroru intensivləşdirməsi, türk hərbçilərinə və polis orqanlarına qarşı hücumların artması ondan xəbər verir ki, Türkiyəyə qarşı hücumlar bir mərkəzdən idarə olunur. Bu, ilk növbədə qardaş ölkənin regionda oynadığı böyük rolla bağlıdır. Antitürk mərkəzləri Türkiyənin nüfuzdan salmağa, Ankaranı proseslərə ciddi təsir imkanlarından məhrum etməyə çalışırlar. Hesab edirəm ki, Türkiyə iqtidarının atdığı istənilən addım bu ölkənin maraqlarına cavab verir. Türkiyəyə qarşı basqınların artdığı bir zamanda Azərbaycan hər zaman olduğu kimi bu gün də qardaş ölkənin yanındadır".

Qeyd edək ki, Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində HDP rəhbəri Səlahəddin Dəmirdaş və 12 kürd millət vəkili həbs edilib.

Tarix
2016.11.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla