Yuxarı

Məktəbəqədər təhsilin dövlət standartları hazırlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartlarının layihəsi hazırlanıb.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, yeni hazırlanan "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları" layihəsi ictimai müzakirəyə təqdim olunub.

Layihəyə görə, məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, bir qayda olaraq, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Rəhbər şəxsin vəzifə funksiyaları və səlahiyyətləri "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" ilə müəyyən edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı, bir qayda olaraq, ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura hesab edilir. Pedaqoji Şuranın Əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı öz Nizamnaməsi ilə müəyyən olunur.

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə, bir qayda olaraq, məktəbəqədər pedaqoji ali və ya orta-ixtisas təhsilli kadrlar qəbul edilir. Məktəbəqədər təhsil müəssisəsi tərəfindən uşaq inkişafının dəyərləndirilməsi təhsilalanların inkişafı və təlimi haqqında ailələri məlumatlandırmaq, inkişafetdirici təlim mühitini davamlı olaraq qiymətləndirmək, təhsilalanların bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədilə aparılır. Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi nəticələri əsas kimi götürülmür.

Tarix
2016.11.07 / 11:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

İlham Əliyevin Rusiyaya səfəri başa çatdı

Putin və Heydər Əliyev bunun əsasını qoyublar - Prezident

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi

BAM XXI əsrdə qlobal logistikanı müəyyən edəcək - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla