Yuxarı

ATV-dən İTV-yə qalmaqallı transfer

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai televiziyanın Fransa bürosuna yeni təyinat olub.

BakiPost.az-ın əldə etdiyi məlumata görə, büroya Azad Azərbaycan televiziyasının Rusiya və Şərqi Avropa bürosunun rəhbəri Elzar Ağayev gətirilib. O, yeni işinə başlamaq üçün bu gün Moskvadan Parisə yola düşüb.

Məlumata görə, İTV rəhbərliyi jurnalisti transfer etmək üçün ATV rəhbərliyi ilə uzun müddət danışıqlar aparıb. E. Ağayev təcrübəli jurnalist olduğundan, ATV-nin prezidenti Vüqar Qaradağlı onun televiziyadan ayrılmasını istəməyib. Lakin telejurnalistin öz seçimi ilə transfer reallaşıb.

İTV-nin baş direktorunun köməkçisi Yalçın Verdiyev bunun şirkətin daxili məsələsi olduğunu bildirib və əlavə açıqlama verməyib.

Qeyd edək ki, Elzar Ağayev 10 ildir ki, müxtəlif regionlarda xüsusi müxbir kimi çalışır. 2005-ci ildə ANS-də fəaliyyətə başlayan jurnalist 2006-2012-ci illərdə Lider TV-nin, daha sonra isə AzTV-nin Yaxın Şərqdəki xüsusi müxbiri olub. O, 2013-2016-cı illərdə ATV-nin Rusiya və Şərqi Avropa bürosunun rəhbəri vəzifəsində çalışıb.

Tarix
2016.11.07 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla