Yuxarı

“Rus millətçiləri baş naziri öldürmək istəyiblər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus millətçilərindən ibarət qrup Monteneqro Baş naziri Milo Cukanoviçi qətlə yetirərək, müxalifəti hakimiyyətə gətirməyi planlaşdırıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Monteneqro prokuroru Milivoye Katniç söyləyib. Onun sözlərinə görə, Cukanoviçə qarşı sui-qəsd hazırlayan qrupun nümayəndələri Rusiyadan gələn millətçilər olublar:

"Bu qrup baş naziri qətlə yetirərək müxalif qruplardan birini hakimiyyətə gətirməliydilər. Kriminal qrup Monteneqro, Serbiya və Rusiya ərazisində formalaşdırılıb. Sui-qəsdi bir nəfər uzaq məsafədən açdığı atəşlə həyata keçirməli idi. Hələlik Rusiyanın bu teraktda əlinin olması ilə bağlı sübut yoxdur".

Qeyd edək ki, bundan öncə Serbiya mətbuatı Rusiyanı Monteneqroda çevriliş cəhdi hazırlamaqda ittiham edib. Monteneqroda həbslər başladıqdan sonra rəsmi Belqrad da buna dəstək nümayiş etdirib. Bunun qarşılığında isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təcili Serbiyaya gəlib və bu ölkənin bütün rəhbər şəxsləri ilə danışıqlar aparıb. Danışıqlarda məhz nəyin müzakirə olunduğu indiyə qədər sirr olaraq qalır.

Tarix
2016.11.07 / 14:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla