Ana səhifə Toplum |
Noyabrın 4-də Niderlandın Zeyland (Zeeland) bölgəsinin, Zirikze (Zierikzee) şəhərində Azərbaycanla bağlı tədbir keçirilib.
Axar.az xəbər verir ki, tədbir Niderlandda fəaliyyət göstərən "Konnekt" təşkilatının rəhbərliyi ilə təşkil olunub.
Tədbirdə çıxış edən "Konnekt" təşkilatının sədri Vüqar Abbasov Sxouven Düveland (Schouwen Duiveland) bələdiyyəsinin başçısı Herard Rabelinkə Azərbaycanla bağlı kitab hədiyyə edib.
Daha sonra "Konnekt" təşkilatının katibi Vim van Embden Azərbaycanla bağlı görüntülü təqdimat edib. Tədbir iştirakçıları Azərbaycanın 1918-ci ildən bu günə kimi olan tarixinə qısa nəzər salmış olublar. Zala toplaşanlara Azərbaycanda törədilən 20 Yanvar qırğını, Xocalı faciəsi barədə də məlumat verilib.
Təqdimatdan sonra Azərbaycanla bağlı qısa film nümayiş olunub.
Tarix
2016.11.07 / 14:40
|
Müəllif
Axar.az
|