Yuxarı

Gömrükdə 13 kilodan çox gümüş tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər 13 kiloqramdan artıq gümüş məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşı Xartumov Abdula Hacımusa oğlunun idarə etdiyi "Hunday Qrand Santafe" markalı 20 DJ 244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə "Xanoba" gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin hava filtrinin boşluğundan gömrük nəzarətindən gizlədilən qara polietilen paketlərə bükülü halda 25 ədəd çəkisi 410 qram olan medallar, 7 ədəd çəkisi 130 qram olan fincanlar, 260 ədəd çəkisi 105 qram olan kiçik dördkünc formalı metallar, 145 ədəd çəkisi 90 qram olan kiçik dairə formalı metallar, 3 ədəd çəkisi 320 qram olan qab tutacaqları, 10 ədəd çəkisi 190 qram olan qırıq qaşıq tutacaqları, 3 ədəd çəkisi 55 qram olan qırıq qaşıq başlıqları,170 ədəd çəkisi 11400 qram olan çubuqşəkilli əridilmiş metal parçalar, 1 ədəd çəkisi 375 qram olan kürə formalı əridilmiş metal və çəkisi 110 qram olan metal qırıntıları aşkar olunub. Aşkar edilmiş gümüş məmulatlarının cəmi çəkisi 13185 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.11.07 / 16:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla