Yuxarı

İlham Əliyev 10 sərəncam, 7 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:40

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzaladı.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

"Xalq artisti"

Bayramov Eldost Əlövsət oğlu

Əsgərzadə Həqiqət Eyvaz qızı

Məmmədov Əli Məmməd oğlu

"Əməkdar artist"

Ağayeva Sevda Ağa qızı

Cəlilova Nərgiz Tofik qızı

Kərimova Zemfira Rəhim qızı

Nəzirova Ofelya Sabir qızı

Səlim Dilarə Hamlet qızı

Talıbova Rəna Böyük Ağa qızı

"Əməkdar jurnalist"

Ağamirova Mətanət Mirsadiq qızı

Ağayev Rafiq İmanqulu oğlu

Aslanov Salar Tərlan oğlu

Babayev Ehtibar Adil oğlu

Baxşəliyeva Xoşqədəm Hidayət qızı

Dərziyeva Elnarə Bəxtiyar qızı

Dünyamalıyev Əbülfəz Ağca oğlu

Həsənov Avdı Musa oğlu

Hüseynova Nüşabə Fehruz qızı

Məmmədli Allahverdi Məhərrəm oğlu

Məmmədov Telman Əyyub oğlu

Nəbizadə Nəsimi Yaşar oğlu

Nəsirov Rəşad Barat oğlu

"Əməkdar mədəniyyət işçisi"

Aslanov Əlövsət Mövsüm oğlu

Bağırov Cahangir Hidayət oğlu

Baxşəliyev Zaur Lətif oğlu

Əliyarzadə Rahib Kamal oğlu

Əliyev Elçin Əli oğlu

Gülməmmədov Zaur Kamal oğlu

Mansurov Aydın Bəhrəm oğlu

Məmmədov Sakit Qılıncxan oğlu

Mütəllimova Sevinc Tofiq qızı

Səfərova Adilə Əkbər qızı

Şirinova Səadət Təhmiraz qızı

Yaqubov Hikmət Əlisgəndər oğlu

Zamanbəyov Fəhrad Qılman oğlu

"Əməkdar mühəndis"

Abdullayev Arzu Zahid oğlu

Məmmədov İlham Telman oğlu

Məmmədov İsa Rəhman oğlu

Mürsəlov Nazim Xasay oğlu

Nəcəfov Qafar Ağababa oğlu.

***

Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Hüseynova Şərqiyyə Qurban qızı

Məmmədov Seyavuş Əliəkbər oğlu

Mirzəyev Ramiz Həsən oğlu

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Televiziya və radio işçilərinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər:

Ələkbərova Səlminə Nəcəf qızı

Gözəlova Günel Salam qızı

Məmmədova Elnarə Vaqif qızı

Məmmədova Mehriban İbiş qızı

Ocaqverdiyev Rauf Fikrət oğlu

Rüstəmova Şəfəq Rüstəm qızı

19:44

İlham Əliyev K.S.İmanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə Kamran Sultan oğlu İmanov "Şöhrət" ordeni ilə təltif edilsin.

***

İlham Əliyev Y.H.Davıdova "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətinə görə Yusif Hümmət oğlu Davıdova "Əməkdar mühəndis" fəxri adı verilsin.

***

İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aqrar təhsilin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar müəllim" fəxri adı verilsin:

İdrisov Hüseyn Əkbər oğlu

İsmayılov Məhərrəm Musa oğlu.

***

İlham Əliyev Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Cəfərov İbrahim Həsən oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Bayramov İlham Üzeyir oğlu

Hüseynov Ədalət İsmayıl oğlu

İbrahimova Təhminə Burzu qızı

Qaracayev Abbas Zeynal oğlu

Rzayev Ramiz İlyas oğlu

Salmanov Ramiz Əzizağa oğlu

"Tərəqqi" medalı ilə

Abbasov Bəhlul Hüseyn oğlu

Abdullayeva Nərgiz Musa qızı

Babayev Cümşüd Bəylər oğlu

Bayramov Bəhruz Surxay oğlu

Camalov Bəhruz Əliağa oğlu

Cümşüdov İmran Məhəmmədəli oğlu

Əhmədov Şükür Ağəli oğlu

Əhmədova Lətifə Fazil qızı

Məmmədov Xanməmməd Şixbaba oğlu

Məmmədov İslam İsmayıl oğlu

Məmmədov Vasif Qılman oğlu

Nuriyev Mikayıl Əziz oğlu

Talıbov Seyfəddin Talıb oğlu

Teymurov İktidar Yadulla oğlu.

21:04

İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 773 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 491) ilə təsdiq edilmiş "Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə"nin 4.6.6-cı yarımbəndindən "müvafiq fəaliyyət növünə xüsusi razılığı (lisenziyası) olmayan və" sözləri çıxarılsın.

***

Prezidentin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında e-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə;

"Alkoqollu içkilər və etil yeyinti spirti istehsalının və idxalının tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 534 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;

"Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;

22:24

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 325-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 325-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

İlham Əliyev "2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının həyata keçirilməsini təmin etsin və bununla bağlı görülən işlər barədə hər il Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə;

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında;

"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə;

Tarix
2016.11.07 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla