Yuxarı

Bakı Serbiyaya böyük önəm verir - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 7-də Serbiyada Azərbaycan və Serbiya hökumətləri arasında 2012-ci ildə imzalanmış Kredit Sazişinə uyğun olaraq tikilmiş avtomobil magistralının Lyiq-Preljina hissəsinin açılışı olub.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, layihənin reallaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən Serbiyaya 300 milyon avro kredit ayrılıb. Ümumi uzunluğu 40,3 kilometr olan yol 66 körpü və 4 tuneldən ibarətdir. Layihənin baş podratçısı Azərbaycanın "AzVirt" şirkətidir.

Yolun girişində Azərbaycan-Serbiya dostluğunu və iqtisadi əməkdaşlığını əks etdirən "Dostluq olan yerdə uzaq ölkə yoxdur. Bu yol xalqlarımızı birləşdirən yoldur. Serbiya-Azərbaycan dostluğu sarsılmazdır" sözlərinin yer aldığı lövhə yerləşdirilib.

Açılış mərasimində çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı aparılmış məhsuldar danışıqlar və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının Prezidenti Serbiya ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.

Vurğulanıb ki, Azərbaycan-Serbiya əlaqələrinin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. İndiyədək komissiyanın 4 iclası keçirilib və bu iclaslar çərçivəsində əldə edilən razılıqlar iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, ətraf mühit və s. sahələrdə əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir.

Nazir Şahin Mustafayev ötən müddətdə ticarət, investisiya sahələrində əhəmiyyətli işlərin görüldüyünü, biznes forum və s. tədbirlərin keçirildiyini, Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının fəaliyyətə başladığını qeyd edib. Bildirilib ki, Azərbaycan və Serbiya ticarət əlaqələrinin inkişafı üçün birgə müəssisələr yaratmaqla yeni bazarlara çıxa və işgüzar əməkdaşlığı genişləndirə bilər. Bundan başqa, Azərbaycan şirkətləri Serbiyada həyata keçirilən özəlləşdirmə prosesində, dövlət-özəl tərəfdaşlığı əsasında infrastruktur layihələrinin icrasında iştirak edə bilərlər.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında humanitar sahədə də önəmli layihələr həyata keçirilib. Azərbaycan Mədəniyyət Mərkəzi zəngin və qədim tarixə malik olan Azərbaycan və Serbiya xalqları arasında körpü rolunu oynayır və humanitar sahədə əməkdaşlığımıza öz töhfəsini verir. Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Serbiyada bir sıra sosial obyektlərin - Belqradda "Taşmaydan" parkının, "Bayraqlı cami" məscidinin, Novi Sad şəhərində "Müqəddəs Petki" kilsəsinin, Novi Pazarda Mədəniyyət Mərkəzinin təmir-tikinti işləri həyata keçirilib. Bundan başqa, Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin memorialı yaradılıb, Belqradın küçələrindən birinə Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Nazir Şahin Mustafayev qeyd edib ki, bu gün açılışı olan "11-ci dəhliz" avtomagistralının Lyiq-Preljina hissəsi Azərbaycan-Serbiya əməkdaşlığının gözəl nümunələrindəndir və yeni layihələr üçün stimuldur.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Baş nazirin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç çıxışlarında layihənın Serbiya-Azərbaycan əlaqələrinin inkişafında əhəmiyyətini vurğulayıblar. Onlar ölkələrimiz arasında əməkdaşlığın inkişafına və bu gün açılışı olan avtomagistralın tikintisinə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür ediblər.

Sonra Serbiyanın Baş naziri Aleksandr Vuçiç və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev avtomobil magistralının Lyiq-Preljina hissəsinin açılışını əks etdirən lenti kəsib və xatirə lövhəsini açıblar.

Səfər çərçivəsində nümayəndə heyəti "Taşmaydan" parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Serbiyaya səfər zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin Baş nazirinin birinci müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zoran Mixayloviç və iqtisadiyyat naziri Goran Knezeviçlə görüşüb. Görüşlərdə hər iki ölkədə qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi, Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyi, əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, əməkdaşlığın inkişafı imkanlarına dair müzakirələr aparılıb.

Tarix
2016.11.07 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla