Yuxarı

Züqanov SSRİ-nin bərpası uğrunda mübarizəyə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr inqilabının 99-cu ildönümü münasibətilə Moskvada keçirilən mitinqdə Rusiya Kommunist Partiyasının (KPRF) lideri Gennadi Züqanov başçılıq etdiyi partiyanın SSRİ-ni bərpa etmək üçün mübarizəyə başladığını elan edib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Züqanov SSRİ-nin bərpasını partiyasının əsas vəzifəsi olduğunu bildirib.

"Biz sovet hakimiyyətini yenidən bərpa etmək üçün hər şeyi edəcəyik. 1991-ci ildə çökdürülmüş böyük dövlətimizin yenidən yaradılması, Böyük Oktyabrın ideyalarının təbliği üçün əlimizdən gələni əsirgəməyəcəyik" - kommunistlərin lideri çıxışında deyib.

Züqanovun dediyinə görə, onun partiyası güclü komanda ətrafında birləşib və əsas məqsədi nəhəng ittifaq dövlətini bərpa etməkdir. "Bizim öz proqramımız, aydın və dəqiq vəzifəmiz var - nəhəng ittifaq dövlətini bərpa etmək", - o deyib.

Bu gün kommunistlər və Rusiyanın solçu təşkilatlarının tərəfdarları Moskvada 7 noyabr münasibətilə yürüş-mitinq keçirib. Moskva polisi yürüşdə 1500-ə qədər adamın iştirak etdiyini bildirir.

Hazırda Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni öz versiyasında bərpa etməyə çalışır, onun Avvrasiya İttifaqı ideyası "yeni SSRİ" adını alıb. İdeya keçmiş sovet resublikaları da daxil olmaqla, Avrasiyanın bir çox ölkələrinin iqtisadi, daha uzaq perspektivdə isə siyasi inteqrasiyasını nəzərdə tutur.

Tarix
2016.11.07 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla