Yuxarı

Halsızlıq, sümük ağrılarının səbəbi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclik dövründə D vitamininin çatışmazlığı ciddi hiss edilməsə də, yaşlandıqca yorğunluq, əzələ və sümük ağrıları ilə özünü göstərir.

Axar.az xəbər verir ki, bu vitaminin çatışmazlığı xərçəng, ürək çatışmazlığı və təzyiqə yol aça bilər. Müasir dövrümüzdə bir çox insanın yorğunluq, stress, əzələ və sümük ağrılarının səbəbi təəssüf ki, tapılmır. Ancaq D vitamininin çatışmazlığı da bu problemlərin əmələ gəlməsinə səbəb ola bilər.

D vitamininin çatışmazlığı insanda 200-dən çox genə təsir edir. Narahatlıq, yaşlandıqca və D vitamininin çatışmazlığı artıqca əzələlərdə gücsüzlük, tez yorulma, gecələr halsızlıq, bədənin hər tərəfindən ağrılar özünü göstərməyə başlayır.

Qandakı D vitamininin səviyyəsi ilə 65 yaşdan yuxarı insanlarda ölüm hallarının arasındakı əlaqə araşdırılıb. Araşdırma nəticəsində D vitamininin çatışmazlığının yaş artıqca ürək xəstəliklərində ölüm riskini artırdığı məlum olub. Yeniyetməlik dövründə kifayət qədər D vitamini ilə təmin olunmayan gənclərdə yüksək təzyiq, şəkər xəstəliyinə tutulmaq riski 2 dəfə, ürək-damar xəstəliklərinə gətirib çıxaran metabolik sindromuna tutulma riski isə 4 dəfə çoxdur. Kürək ağrısı problemi ilə üz-üzə qalanların əksəriyyətində D vitamini çatışmazlığı müşahidə olunur.

D vitamininin əsas qaynaqlarından biri Günəşdir. Lakin Günəşdən başqa bəzi qidalardan da D vitamini əldə edə bilərik. Balıq yağı, süd və süd məhsulları, morina balığı yağı, qızıl balıq, ton balığı, kərə yağı kimi qidalarda D vitamini var.

Qeyd etmək lazımdır ki, saat 10:00-15:00 arası gün ərzində 10 dəqiqə Günəş qəbul eləmək çox faydalıdır.

D vitamini əskikliyi körpələrdə zehni və fiziki geriliyə, uşaqlarda boy qısalığına və zəhərlənməyə belə səbəb ola bilər.

Tarix
2016.11.08 / 01:49
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla