Yuxarı

İranın məşhur generalı PKK lideri ilə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymani PKK lideri Cəmil Bayıkla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasına (KDP) yaxın "Basnyus" saytı məlumat yayıb.

İraqın Süleymaniyə şəhərində baş tutan görüşdə Süleymani Bayıkdan Sincardakı PKK silahlılarının Mosul əməliyyatında iştirak etməsini istəyib. İran generalı PKK-ya hər cür dəstək göstəriləcəyini də vəd edib.

Qeyd edək ki, İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, KDP millət vəkili Şahəvan Abdullah PKK-nın Mosula gələcəyi halda koalisya qüvvələrinin hədəfinə çevriləcəyini deyib. Onun sözlərinə görə, koalisiya təkcə PKK-nı yox, şiə Haşdi Şabi qüvvələrini də hədəfə alacaq:

"Bir neçə gün öncə İranın hərbi mütəxəssisləri 20 avtomobillə Mosul ətrafındakı qərargahlara baş çəkib. Burada onlar Haşdi Şabi komandirləri ilə görüşüblər. İranın öz maraqlarına görə və Türkiyə əleyhinə PKK-dan istifadə etdiyi bir faktdır. PKK-nın Haşdi Şabidən maddi dəstək aldığını sübut edən dəlillər var".

Tarix
2016.11.08 / 14:53
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla