Yuxarı

Ərdoğan: "Siyasətə ticarətdən gəldim"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən siyasətə xırda ticarətdən gələn biriyəm. Liseydə oxuduğum zamanda həmişə siyasətlə maraqlanmışam. Amma eyni zamanda öz xərclərimi ödəmək üçün də ticarətlə məşğul idim.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan VI Biznes və Sənətkarlar Şurasında çıxış edərkən deyib.

"Təhsil sənətkarlar və ticarətçilər üçün olduqca önəmlidir. Mən bunu dəstəkləyirəm. Biznesmen və sənətkarlarla ən yaxşı münasibəti olanlardan da biri mənəm. Mən siyasətə ticarətdən gəldim. Gənclik illərimdə də siyasətlə yanaşı ticarətlə də məşğul idim.

Övladlarıma həmişə dövlət işindən uzaq durmalarını tövsiyyə etmişəm. Dövlət qulluğu əlbəttə önəmlidir. Lakin həqiqi potensialın üzə çıxarılmasında böyük maneədir. Müəyyən bir sistem var. Nə qədər cəsarətli, çalışqan, yaradıcı olsanız belə sizi müəyyən çərçivəyə salırlar. Lakin müstəqil sənətkar alın tərinin qarşılığını almağı bacarır. Əlbəttə ki, ruzini verən Allahdır. Gənclərə tövsiyəm budur ki, ruzini dövlətin qapısında yox, digər sahələrdə axtarsınlar", - Ərdoğan bildirib.

Tarix
2016.11.08 / 20:14
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla