Yuxarı

Xəstəxananın işığı bərpa edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-dən Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) verilən elektrik enerjisi kəsilib.

Musavat.com xəbər verir ki, yalnız 3 gündən sonra, yəni noyabrın 8-də xəstəxananın elektrik enerjisinin verilişi bərpa olunub. İçərisində 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələri və hətta küvesdə yeni doğulan körpələri olan xəstəxanada dərhal generator sistemi qoşulsa da, bu vəziyyət xəstəxana işçiləri, xəstələr və onların yaxınları tərəfindən bir mənalı qarşılanmayıb.

Binası iyun ayında istifadəyə verilən Ağsu rayon Mərkəzi Xəstəxanasının işıqlarının sönməsinə səbəb isə xəstəxananın elektrik enerjisinə olan borcunu ödəməməsi olub. Səhiyyə Nazirliyindən problemə səbəbin bir binadan digər binaya keçidin olduğu bildirilib. Yeni bina böyük olduğu üçün orada elektrik enerjisinin qənaəti nəzərə alınmayıb və kəsinti olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova işıq kəsiləndən sonra dərhal generator qoşulduğu üçün hansısa bir problem yaşanmadığını dedi: "İşıqlar sönən kimi daxili generatorlar işə salınıb. Bu səbəbdən heç bir problem yaşanmayıb. İşıqlar gecə sönüb, yəni hadisə əməliyyat və işıqla bağlı olan digər proseslər getməyən zaman olub. Buna görə də xəstələrlə bağlı heç bir problem yaşanmayıb. Hazırda da hər şey qaydasındadır".

Maraqlıdır, nəzərə alsaq ki, xəstəxananın işıqlarının sönməsi bir çox ağır xəstələrinin həyatı bahasına başa gələ bilər, bir dövlət qurumunun digər dövlət qurumu olan xəstəxananın borcu olsa belə işıqlarını söndürməsi nə dərəcədə doğrudur?

Hüquqşünas Müzəffər Baxış bu vəziyyətdə qanun pozuntusunun olmadığını dedi: "Azərişıq" hüquqi şəxsdir. Xəstəxana Səhiyyə Nazirliyinə tabeliyində olan qurumdur. "Azərişıq"la həmin Ağsu rayon Mərkəzi Xəstəxanası arasında elektrik enerjisinin təchizatı barədə müqavilə var. Həmin müqavilənin şərtlərinə dəqiqliyi ilə baxmaq lazımdır. Müqavilənin xüsusi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 35 saylı Elektrik enerjisindən istifadə qaydaları adlı qərarı var. Həmin qərarla da müqavilənin tipik forması təsdiq olunur. O müqavilənin şərtlərinə və həmin qərarın tələblərinə görə müqavilədə konkret göstərilir ki, elektrik enerjisi verildikdən və ay tamam olandan sonra növbəti ayın 5-ə kimi istehlak edilmiş elektrik enerjisinin pulu ödənilməlidir. Əgər bu borc vaxtında ödənilməsə, həmin qərarın tələblərinə görə "Azərişıq"ın müvafiq qurumları həmin istehlakçıya xəbərdarlıq edir. Həmin xəbərdarlıqdan sonra da bir ay müddətində istehlakçı istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməkdən imtina edərsə, belə halda "Azərişıq"ın ixtiyarı var ki, o elektrik təchizatını dayandırsın. Bu qüvvədə olan qanunvericiliyin tələbləridir".

M.Baxış bildirdi ki, əvvəllər həyat təminatlı obyektlərin nə qədər borcu olursa-olsun işıqlarını kəsmirdilər: "Xəstəxanalarda bir qayda olaraq elektrik enerjisinə çox ciddi ehtiyac olur. Əvvəllər həyatı əhəmiyyətli belə obyektlər olduğuna görə bir qayda olaraq belə hallara yol verilmirdi. Görünür, indi bu məsələ elə səviyyəyə çatıb ki, "Azərişıq" məcburiyyət qarşısında qalıb həmin xəstəxananın elektrik təchizatını kəsib. Əslində bu sırf mülki hüquqi münasibət olduğuna görə xəbərdarlıq şərtlərinə də əməl edilibsə, burada qanunsuzluq yoxdur. Digər məsələ isə orada olan xəstələrin həyatına təhlükə ola bilməsidir. Bunun üçün də xəstəxananın özünün təminatları olmalıdır. Generatoru olmalıdır ki, belə hallarda vəziyyətdən çıxa bilsin".

Tarix
2016.11.08 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla