Yuxarı

Kredit borcu olanlara vəsiqə verilmir? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) kredit borcu olan vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsilə bağlı qurum tərəfindən qadağa qoyulması iddialarına aydınlıq gətirib.

DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-a bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur: "Kredit borcu olanların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir. Belə ki, kifayət qədər insanın kredit borcu olduğunu nəzərə alsaq, onda əksəriyyətin şəxsiyyət vəsiqəsini dəyişdirməsi mümkünsüz olar.

İstisna hal yalnız mülki-hüquqi öhdəliklərin icrasından yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir. Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər".

Nazirlik rəsmisi bu problemlə qarşılaşan vətəndaşlara müraciət edib: "Hüquq mühafizə orqanları ilə heç bir problemi olmayan, şəxsiyyət vəsiqəsinin alınmasında yaxud dəyişdirilməsində çətinlik çəkən vətəndaşlar, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət edə bilər. Eyni zamanda problem barədə 077 5010818 nömrəli telefona zəng edərək məlumat verə bilərlər. Qeyd edim ki, daxil olan müraciətlər operativ şəkildə araşdırılır və bütün hallarda vətəndaşlara müvafiq köməklik göstərilir".

Qeyd edək ki, kredit borcu olan vətəndaşlar "ASAN Xidmət" mərkəzlərində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə bağlı problemlə üzləşdiklərini bildiriblər. Məsələ ilə bağlı ASAN Xidmətin İnformasiya şöbəsinin müdiri Anar Hüseynov "Sputnik"ə bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi ASAN xidmətdə həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: "Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki, mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir".

Tarix
2016.11.08 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla