Yuxarı

Türkiyənin müstəqilliyimizi tanımasının 25 ili...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin müstəqilliyimizi tanımasından 25 il ötür.

Axar.az xəbər verir ki, 1991-ci ilin 9 noyabrı Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub.

Türkiyənin Bakıdakı səfirliyinin bu möhtəşəm günlə bağlı Musavat.com-a göndərdiyi mətni təqdim edirik:

"Bundan tam 25 il əvvəl bu gün, 9 noyabr 1991 tarixində, Türkiyə Cümhuriyyəti, qardaş Azərbaycan xalqının öz gələcəyini əlinə alma iradəsinin təzahürü olan Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkə oldu.

Türkiyə ilə Azərbaycan arasında, kökləri uzun bir tarixi keçmişdə olan və ortaq dəyərlərimizdən qidalanan güclü bağlar vardır. Bu bağları Azərbaycan müstəqillik qazandıqdan sonra keçən 25 il ərzində daha da sağlamlaşdırdıq.

Keçən dövr ərzində hər sahədə mükəmməl bir səviyyəyə çatan ikitərəfli əlaqələrimiz, xalqlarımızın rifahına və hüzuruna xidmət etməklə yanaşı, eyni zamanda bölgəmizdə sabitlik və güvən təmin etməklə, Orta Asiyadan Avropaya qədər geniş bir sahəyə yayılan coğrafiyanın inkişafına əhəmiyyətli qatqını təmin edir.

Ölkələrimiz arasındakı yaxın əməkdaşlığı önümüzdəki dövrdə də eyni şəkildə davam etdirmə və "iki dövlət, bir millət" şüarından qaynaqlanaraq xalqlarımız arasındakı bağları daha da qüvvətləndirmə iradəmiz tamdır".

Tarix
2016.11.09 / 00:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla