Yuxarı

Siqareti tərgitməyin ən asan yolları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siqaretdən asılı olan bir çox insan onu tərgitmək istədiyi halda öz hisslərini etiraf etməyə utanır.

İmmunitet.az xəbər verir ki, mütəxəssislər ev şəraitində bəzi vasitələrlə siqaretdən uzaqlaşmağın mümkün olduğunu söyləyirlər. Bu vasitələrin bir neçəsi:

1. İlk növbədə alkoqol və kofeni tərgidin. Çünki onlar sizin siqaretdən asılılığınızla birlikdə olan digər tərgidə bilmədiyiniz vərdişlərinizdəndir.

2. Siqaretdən tez bir zamanda azad olmağa çalışmayın. Bunu tədricən edin, yəni gün ərzində çəkdiyiniz siqaretlərin sayını azaltmağa çalışın.

3. Əvvəlcə siqaretin sayını azaldın, sonra isə aralarında olan məsafəni çoxaltmağa çalışın.

4. Əgər ürəyinizdən siqaret çəkmək keçərsə, 1 stəkan su için və ya 1 alma yeyin. Nanəli konfet sormaq və saqqız çeynəmək sizi bu düşüncədən uzaqlaşdıra bilər.

5. Əgər hiss etsəniz ki, siqareti azaltdığınıza görə diqqətiniz dağılır, bu zaman tum çırtlaya bilərsiniz.

6. Evinizdə göz önündə siqaret, kibrit və ya alışqan saxlamayın.

7. İdmanla məşğul olmağa başlayın. Bu sizin fikrinizi siqaretdən uzaqlaşdıra bilər.

8. Gün ərzində əvvəllər siqaretə verdiyiniz pulları bir yerə yığın və həmin pulla kinoya və ya teatra gedin.

9. Siqareti atmaq istədiyinizi yaxınlarınıza söyləyin.

10. Orqanizminizdə illərlə yığılıb qalmış toksinləri təmizləmək üçün bol maye qəbul edin.

Tarix
2016.11.09 / 02:00
Müəllif
Axar.Az
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla