Yuxarı

İran parlamentindəki Türk fraksiyası: İnqilabi olay

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Tehran çox yaxşı başa düşür ki, gec-tez ölkədə milli azlıqların hüquqlarının təminatı məsələsi qabardılacaq. İran məhz bu prosesi qabaqlamaq üçün ölkə parlamentində Türk fraksiyasının yaradılması ilə bağlı addım atıb.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq İran parlamentində Türk fraksiyasının yaradılmasını inqilabi bir hadisə adlandırıb:

"Cənubi Azərbaycanda milli oyanış hərəkatı indiyə qədər belə bir hadisə görməmişdi. Yəni türklərin İran parlamentində ayrıca bir fraksiya yaratması cənub soydaşlarımızın milli şüurunun formalaşması və onların problemlərini qaldırılması prosesini sürətləndirəcək. Düzdür, buna qədər konstitusiyanın 13-cü maddəsində milli azlıqların öz dilində məktəb, televiziya açmaq kimi milli-mənəvi muxtariyyət səviyyəsində təkliflər olsa da, bunun reallaşdırılması mexanizmi yox idi. Kürdlər heç bir hazırlıq olmadan bir-birinin ardınca məktəblər açırlar. Ancaq 35 milyonluq azərbaycanlının hüquqlarının qorunması prosesi ləng gedir. Halbuki hökumət buna hər cür dəstək verir. İran çox yaxşı başa düşür ki, gec-tez ölkədə milli azlıqların hüquqları məsələsi qabardılacaq, məhz bunu qabaqlamaq üçün də belə bir addım atılıb. Məsələ ilə bağlı siyasi hakimiyyətin razılığı istisna edilmir. İran hökuməti türk açılımını önə sürməklə bir növ baş verə biləcək daha radikal addımları önləmək məqsədi güdür".

Politoloq hesab edir ki, İranda milli azlıqların hüquqlarının yeni qaydada təsdiq edilməsi və genişləndirilməsi prosesi artıq başlayıb:

"İran parlamentində belə bir qrupun yaradılması ilə türklər müstəqil qanunvericilik təşəbbüsləri ilə çıxış etmək səlahiyyətlərinə malik olacaqlar. Bütün bunlar nəticə etibarilə İranda gedən siyasi proseslərə müsbət təsir göstərəcək. Bu proses İranın ən böyük etnik qrupu olan Azərbaycan türklərinin bu ölkədə səsi eşidilən bir topluma çevrilməsi üçün çox böyük rol oyanacaq. Üstəlik, bu proses Azərbaycan türklərinin milli oyanış hərəkatının canlanmasına böyük təkan verəcək. Təbrizdən başqa Urmiya, Xoy, Mərənddə yeni teatrlar açıla bilər. Bunun ardınca isə təhsil problemləri daha kordinal şəkildə qoyulacaq. Təkcə məktəblərin açılması yetərli deyil, məsələn, Təbriz Universiteti bütünlüklə türkləşdirilməli, türk dilində kadrlar hazırlayan bir mərkəzə çevrilməlidir. Bir sıra şəhərlərdə Azərbaycan universitetlərinin açılması da gündəmə gələ bilər. Lazımı ədəbiyyat, müəllim, kadr heyətini, elmi pedaqoji dəstəyi göstərməyə hazırıq. Türk fraksiyası Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi istiqamətində müxtəlif qanunların hazırlaması və parlamentdə müzakirə edilməsinə nail ola bilər. İndi tarix yeniliklər diqtə edir və proses artıq başlayıb".

Qeyd edək ki, İran parlamentində Türk Fraksiyası yaradılıb. Azərbaycan əraziləri ilə yanaşı, digər bölgələrdən, o cümlədən İsfahan, Tehran kimi şəhərlərdən də türk əsilli deputatlar parlamentdə yer alır. 290 yerlik İran parlamentində 100 nəfərlik Türk fraksiyası 35 faizlik səs deməkdir.

1979-cu il İran İslam İnqilabından sonra ölkədə bütün etnik qrupların haqları konstitusiya ilə tanınsa da, Azərbaycan türklərinin milli-mədəni haqları ilə bağlı problemlər hələ də qalmaqdadır.

Tarix
2016.11.09 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla