Yuxarı

Düşmənə meydan oxuyan qanun – Zahid Oruc

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin noyabrın 8-də keçirilən iclasında Azərbaycanda "Hərbi vəziyyət haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Bəs prinsipial olaraq yeni layihə özündə nəyi ehtiva edir?

Millət vəkili Zahid Oruc hərbi vəziyyət haqqında qanunun dəyişdirilməsi zərurəti ilə bağlı Axar.az-a bildirib ki, yeni layihə 27 maddədən ibarət olacaq:

"Bildiyiniz kimi, hərbi vəziyyət haqqında qanun 1994-cü ildə qəbul edilib. Ötən dövr ərzində yeni Konstitusiyanın qəbulu, Silahlı Qüvvələrin formalaşması, onların geniş texniki, texnoloji resursunun yaranması, regionda şəraitin dəyişməsi fonunda hərbi qanunvericilik aktları da yenilənir. Hazırda qüvvədə olan akt 17 maddədən ibarət idisə, yeni layihə 27 maddəyə qədər artırılıb. Xüsusi olaraq yenilənmiş müddəalar 2014-cü ildə baş verən hadisələrlə bağlıdır. Qarabağ cəbhəsində ermənilərin növbəti təxribatı fonunda Azərbaycan itkilər verdi, 8 nəfər əsgərimiz şəhid oldu. Bu fonda media orqanlarının dövlət sirlərinin qorunması sahəsində böyük boşluqları üzə çıxdı. Elə həmin ilin sentyabrında ölkə başçısı tərəfindən xüsusi sərəncam imzalandı, cəbhə zonasında təhlükəsizlik tədbirləri ilə bağlı mühüm addımlar atıldı. İndi həmin sərəncamdakı maddələrin bir qismi mövcud qanun layihəsinə daxil edilib.

Azərbaycanın ərazi bütövlüyünə təhdid yarandıqda hərbi vəziyyət elan olunur. Bu, özlüyündə ölkənin bütün dövlət və özəl strukturlarının səfərbər olmasını tələb edir. Yalnız bu halda düşmən üzərində qalib gəlmək mümkündür. Bu isə müxtəlif məhdudiyyət, xüsusi komendant fəaliyyətinin yaradılmasını, həmçinin KİV-lərdə təhlükəsizliklə bağlı görüləcək işləri özündə ehtiva edir".

Millət vəkilinin sözlərinə görə, xüsusilə Konstitusiyadan irəli gələn müddəalar daha çox mübahisəyə səbəb olub:

"Prezident hərbi vəziyyət elan etdikdə, o, müraciətini parlamentə göndərir. Əgər Milli Məclis əvvəlki qanunvericilikdə məsələyə 72 saat ərzində baxırdısa, indi 48 saat ərzində qərar verməlidir.

Belə bir müddəa da yer alıb ki, Milli Məclis məsələni 63 səs çoxluğu ilə qəbul edir, yaxud da bunun əleyhinə getdikdə o zaman hərbi vəziyyət elan olunmur. Doğrudur, dinc dövrdə, hərbi vəziyyət elan olunmadan da (Aprel döyüşlərində olduğu kimi) ordu ölkənin təhlükəsizliyini qorumalıdır, qoruyur. Ancaq parlamentin belə bir səlahiyyəti olduğu təqdirdə sanki ikili bir vəziyyət yaranır. Düşünürəm ki, gələcəkdə Konstitusiyada bu məsələyə baxıla bilər".

Z.Oruc bildirib ki, dövlətdən kənar partizan dəstələrinin yaradılması yolverilməzdir:

"Azərbaycanın yaxın keçmişində ordu rəsmi nizamnamə ilə yaradılmış, Silahlı Qüvvələrlə yanaşı, müxtəlif xüsusi batalyonlar meydana çıxmışdı. Ancaq bu qanunda dövlətdən kənar partizan dəstələrinə qəti yol verilmir. Çünki bu, bir tərəfdən qarışıqlıq yaradır, o biri tərəfdən ölkədə vahid nizamnamə ilə iradə olunmaq problemini ortaya çıxarır. Bütün bu məsələlər plenar iclasda bir daha qaldırılacaq. Qanunvericilik hüququnun subyekti Prezidentdir, həmçinin müvafiq olaraq Administrasiya ilə də məsləhətləşmələr aparılacaq".

Millət vəkili onu da əlavə edib ki, komitə üzvləri informasiya vasitələri dedikdə yalnız çap və elektron resursları nəzər tutulduğunu əsas gətirərək, "internet resursları" müddəasının da layihəyə əlavə olunmasını təklif ediblər:

"Bir sözlə, yeni qanun layihəsi kifayət qədər yaxşı hazırlanıb və ölkənin təhlükəsizlik maraqları, qeyd olunan məhdudiyyətlərin həyata keçirilməsi zamanı konkret vəzifələr, hərbi tədbirlərin tətbiqi anında müvafiq qurumlar, onların səlahiyyətiləri, qadağa rejimləri, senzura və s. konkret hüquqi maddələrlə təsbit olunub".

Tarix
2016.11.09 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla