Yuxarı

Tramp dünya birjalarında təlatüm yaşadır – Son vəziyyət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezident seçkilərində, Senat və Konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampın prezident seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu yazıb. O bildirib ki, ilkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri aşağı düşüb, avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb:

"Hazırda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 5 faiz, Avropa bazarını xarakteriszə edən Euro Stoxx 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi 2,6 faiz faiz dəyər itirib. Meksika pesosu 12 faiz aşağı düşərək, ilk dəfə olaraq 1 dollara 20 peso həddini keçib, yapon yeni bütün valyutalara nisbətdə qalxıb, qızıl Breksitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiyməti 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb. Bu, hələ son deyil. Bu dəyişikliklər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək".

Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanıb.

Tarix
2016.11.09 / 14:53
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla