Yuxarı

Acarıstan mediası bayrağımızdan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Batumidə çıxan "Adjara PS" qəzetində Azərbaycanın bu şəhərdəki baş konsulu Rəşad İsmayılovun Dövlət Bayrağı Gününə həsr etdiyi "Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi Azərbaycan bayrağı" adlı məqaləsi dərc olunub.

AzərTac xəbər verir ki, gürcü dilində dərc edilən məqalədə qeyd olunur ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması barədə qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib.

Məqalədə, həmçinin vurğulanır ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlətimizin başçısı 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun, 2007-ci il noyabrın 17-də isə "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" Sərəncam imzalayıb. 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının 1918-ci ildə ilk dəfə rəsmi şəkildə ucaldıldığı 9 noyabr tarixini əbədiləşdirərək "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis edib. 2010-cu il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı şəhərində təntənəli açılışı keçirilən və dünyaya səs salan Dövlət Bayrağı Meydanı isə bayrağımıza, dövlətçilik tariximizə olan ehtiramın təntənəsidir.

Tarix
2016.11.09 / 20:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla