Yuxarı

Azərbaycan və İran dəmiryolçuları sərhəddə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran dəmiryolçularının sərhəddə - Astara çayı üzərində tikilən körpüdə görüşü keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyindən Axar.az-a bildiriblər ki, bu qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Astara stansiyasından İran ilə dövlət sərhədinə qədər birxətli, uzunluğu 8,3 kilometr olan dəmir yolunu ilk dəfə dizel qatarla qət edərək Astara çayı üzərində tikilən körpüyə gəlib. İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin rəhbərlik etdiyi nümayəndə heyəti də körpünü keçərək Azərbaycan tərəfinə gəlib.

Səmimi dostluq şəraitində keçən görüşdə çıxış edən Cavid Qurbanov bildirib ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat qurumları Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində fəal rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, bu il aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Həmçinin Astara stansiyasından İran ilə dövlət sərhədinə qədər uzunluğu 8,3 kilometr olan birxətli dəmir yolunun çəkilişinə başlanılıb. Artıq həmin dəmir yolu xətti hazırdır. Bu yol boy 12 yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.

Sonra nümayəndə heyətləri İran tərəfdə tikintisi davam etdirilən yük terminalına baxış keçirib, uzunluğu 1,3 kilometr olan yolun torpaq yatağında görülən işlərlə maraqlanıblar.

Daha sonra Cavid Qurbanov İranın kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb.

Sonda görüş iştirakçıları Astara stansiyasından İran dövlət sərhədinə qədər 8,3 kilometr uzunluğunda birxətli dəmir yoluna baxış keçiriblər.

Mohsen Purseyid Ağayi Azərbaycan tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Tarix
2016.11.09 / 23:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla