Yuxarı

Qarabağla bağlı şərtlərimiz – Hamburq görüşü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini yenidən bir araya gətirmək cəhdləri onların öz hesabatları xətrinə atılmış addımdır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev açıqlama verib. Ekspert bildirib ki, Minsk Qrupunda təmsil olunan dövlətlərin indiki məqamda Ermənistana təsiri olduqca vacibdir

"Sankt-Peterburqda demək olar ki, ermənilərlə müvafiq bir razılıq əldə edilmişdi. Rusiya tərəfindən Sərkisyana təsir olmuşdu ki, artıq bu məsələyə son qoyulsun. Lakin Ermənistan prezidenti Rusiyadan qayıtdıqdan sonra dərhal öz siyasi gedişlərini etdi, separatçılarla görüşdü. Sankt-Peterburq görüşündən sonra danışıqlar sanki dalana dirənib. Azərbaycan prezidentinin muxtariyyətlə bağlı bəyanatı Dağlıq Qarabağ münaqişəsinin yalnız mərhələli şəkildə həllinə dair bir mesaj idi. Bunun da ən ali nöqtəsi Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtar statusun verilməsidir. Bu mesajdan sonra ermənilər "Artsax Respublikası" deyilən qondarma bir qurumun yaradılması bəyanatı ilə çıxış etdilər. Buna görə də indi xarici işlər nazirlərinin görüşü zərurəti yaranıb. Həmsədrlər xarici işlər nazirlərinə məruzədən o tərəfə keçə bilmirlər. Azərbaycan Hamburq görüşünə razılıq verib. Bu görüşdə verdiyimiz mesajlar və şərtlərimiz yenidən masaya yatırılacaq. Əgər müəyyən bir nəticə olarsa, dövlət başçıları da bir araya gələcəklər. Əks təqdirdə, görüş naminə görüşlərin özü də bir müvəffəqiyyətsizlik sayıla bilər. Hamburq görüşündə müəyyən məsələlərə aydınlıq gətirilməlidir".

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının keçiriləcək toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Tarix
2016.11.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla