Yuxarı

Bu işləri saymaqla bitməz – Əli Həsənov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gəncliyi ölkə tarixinin tərkib hissəsidir.

Report-un xəbərinə görə, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən "Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış" konfransında deyib.

O bildirib ki, Azərbaycan gəncləri 25 ildə xeyli uğurlu işlərə imza atıblar: "Gənclər dövlət quruculuğu prosesində aktiv iştirak edirlər. Əminiklə deyə bilərəm ki, gənclərə baxanda optimist rəyə gəlmək olar. Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər gənclər ambisiyalı siyasətin qurbanı olmuşdular. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dururdu. 1993-cü ildə parlament sədri seçilən Heydər Əliyev çıxışında gənclərlə bağlı məsələyə toxundu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk olaraq Gənclər və İdman Nazirliyini yaratdı. Daha sonra gənclər günü təsis edildi, müxtəlif dövlət proqramları hazırlandı. Bu işləri saymaqla bitməz".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan dövlət siyasətinin prioritet sahələrində biri də gənclər siyasətidir: "Hazırda Azərbaycanda vətənpərvər nəsil yetişib. Bu, çox önəmli işdir. Bu gün Azərbaycan millətinə, dövlətinə bağlı gənclər formalaşıb. Azərbaycanın gənci dünya elminə yiyələnməlidir, mənimsələməlidir və onu Azərbaycanda tətbiq etməlidir. Dövlətin verdiyi dəstək göstərir ki, gənclər Azərbaycan dövlətini təmsil etməyə hazırdır. Artıq təmsil edirlər. Bu gənclər müstəqillik illərində formalaşıblar. Bu gəncliklə gələcəyə ümidlə baxırıq".

Tarix
2016.11.10 / 11:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla