Yuxarı

Bütün Türkiyə Atatürkü belə andı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mustafa Kamal Atatürkün ölümünün 78-ci ili tamam oldu.

Axar.az xəbər verir ki, artıq səhər saatlarından etibarən paytaxt Ankarada Anıtqəbirə və İstanbuldakı Dolmabaxça sarayına insan axını başlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün hökumət liderləri Atatürkün məzarını ziyarət edərək, buraya çələng qoyublar. Üstəlik, Türkiyə vaxtı ilə 9:05-də bütün ölkədə Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Mustafa Kamal Atatürk 1881-ci ildə dünyaya gəlib. Osmanlı İmperiyasının ordusunda az qala Makedoniyadan tutmuş Suriyaya qədər hər yerdə xidmət keçib. Atatürk məşhur Çanaqqala zəfərinin əsas müəlliflərindən biri olub. Məhz onun sayəsində parçalanan Osmanlı, məhv olan Türkiyə yenidən dirçələrək ayaq üstə qalmağı bacarıb. Bütün dünyaya dirənərək 1919-cu ilə başlatdığı Qurtuluş savaşına, tezliklə, ölkənin hər yerindən dəstək gəlir. Osmanlı üçün tarixinin ən biabırçı anlaşması Sevr müqaviləsi məhz bu savaşın sonunda imzalanan Lozanna müqaviləsi tarixin arxivinə qovuşur. 1923-cü ildə bu müqavilənin imzalanmasından sonra Türkiyə Cümhuriyyəti elan edilir. Məhz Atatürkün sayəsində müasir dünyadan kənarda qalan türk toplumu yenidən inkişafa qədəm qoyur. Mustafa Kamala məhz bu xidmətlərinə görə 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Atatürk ləqəbi verilir.

Atatürk 1938-ci il noyabrın 10-da dünyasını dəyişir. O, dünyada 100 ən çox araşdırılan şəxs sırasında yer alır.

Tarix
2016.11.10 / 12:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla