Gülən hərəkatı üzrə mütəxəssis və FTB-nin müşaviri Gülən
hərəkatı haqqında maraqlı müsahibə verib.
"Axar.az" xəbər verir ki, bir vaxtlar FTB-nin
(Federal Təhqiqat Bürosu) müşaviri olan və ABŞ-ın radikal islam və
terror üzrə mütəxəssisi Pol L. Vilyams 1999-cu ildən indiyə kimi
ABŞ-da yaşan Fətullah Gülənin MKİ-yə (Mərkəzi Kəşfiyyat İdarəsi)
xidmət etdiyini və hərəkatının 50 milyard dollar sərvəti olduğunu,
həmçinin Gülənin fermasında atıcılıq təlimləri keçirildiyini
bildirib.
İllərdir Fətullah Gülən və hərəkatını araşdıran Vilyam Gülənin
Pensilvaniyadakı malikanəsinə girən barmaqla sayılan şəxslərdən
biridir.
Gülən haqqında yeni kitab yazan Vilyamın müsahibəsini təqdim
edirik:
Ərdoğanla düşmən olması təəccüblü deyil
"Baş nazir R.T.Ərdoğanın "Mavi Mərmərə" hadisəsindən sonra
nümayiş etdirdiyi aqressiya və Suriya mövzusundakı mövqeyinə görə
Güləni özünə düşmən etməsi təəccüblü deyil. 34 il əvvəl Ali Baş
Qərargah rəisi Kənan Evrən və həmin dövrdə Amerikanın Milli
Təhlükəsizlik İdarəsinin Baş katibi Zbiqniev Bzejinskinin Yaxın
Şərqdəki türk dövlətləri üçün yeni bir nizam gətirilməsinin vacib
olduğu fikrinə əməl etdi. Ancaq bu fikrə əsl əməl edən Gülən oldu
və bölgədəki təbii qaz və neft yataqlarının nəzarətini ABŞ-a vermək
üçün məktəbləri ilə bölgəyə sızmağa başladı.
Yaşıl Kart üçün zəmanət məktubunu necə
aldı?
Məhz buna görədir ki, keçmiş MKİ idarəçiləri Gülənin yaşıl kart
(green card) müraciətinə zəmanət məktubu verib. Gülən söhbətlərində
Osmanlının bərpa edilməsindən, ya da yeni İslami dünya nizamından
bəhs edir. Və çox qəribdir ki, MKİ-nin də belə bir fikri var. Əks
təqdirdə nəyə görə Gülənin Azərbaycan, Türkmənistan, Qırğızıstan,
Özbəkistan və Qazaxıstandakı məktəblərində MKİ kadrları olsun? Buna
görə Rusiya və Ukrayna Gülən məktəblərini bağlatdırdı. Gülən Çinin
Uyğur bölgəsinə də təsir edə bilir. Və MKİ tərəfindən müstəqil elan
edilən Türkistanın da Çindən asılılığının itirilməsi üçün
çalışılır. Uyğur türklərinin lideri də Çikaqoda yaşayır".
Malikanəsini 100 mühafizəçi qoruyur
Məşhur akademik 2013-cü ilin iyul ayında yazdığı bir məqalədə bu
iddialara yer verib:
"Gülənin malikanəsində tələbə yataqxanaları, istirahət otaqları,
xaricilər üçün mehmanxanalar, helikopter üçün eniş zolağı və
atıcılıq təlimi üçün sahələr var. Ətrafını 100 türkün qoruduğu bu
qaladan gələn silah səsindən tez-tez qonşuların narahat olduqları
bildirilir".
Evlənəcəkləri şəxsləri belə seçir
Gülənin məktəblərində 130 MKİ agenti işləyir. Məktəblər narkotik
və silah qaçaqmalçılığı ilə maliyyələşdirilir. O, Türkiyədə
banklara və biznes dünyasına hökm edir.
Fətullah Gülən izn vermədiyi müddətcə qadınlar 50 yaşına qədər
evlənmir. Evlənəcəkləri kişiləri isə "xoca" özü seçir".