Yuxarı

Uşaqlarınıza peyvənd vurulanda tələb edin ki... – Təhlükə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz "Azad İstehlakçılar Birliyi" nin tibb müəsisələrində istehlakçı huquqlarının müdafiə komisiyasının sədri Əhməd Rəhmanovdur.

Həkimlərimizin ənənəvi bir diaqnozu var...

- Əhməd bəy, telefon söhbətimiz zamanı bildirdiniz ki, hələ bir neçə aylıqkən oğlunuza vurulan peyvəndlər autzim xəstəliyinə yol açıb. Hal-hazırda oğlunuzun səhəti necədir?

- Oğlum Rəfail Rəhmanov 2008 -ci ildə anadan olub. Yaşyarımına qədər artıq danışırdı, müəyyən sözləri çox yaxşı səsləndirərək tələffüz edirdi.
Bir neçə müddət sonra uşaqda bəzi problemlərin olduğunu gördüm. Birdən-birə danışıq qabiliyyətini itirdi. Uşaqda özünəqapanma, hərəkətlərin təkrarı kimi hallar yaranmağa başladı. Yerli həkimlərə üz tutuq.

- İlk olaraq hansı xəstəxanaya müraciət etdiniz?

- Uşaq nevralogiya, Uşaq psixatriya və Uşaq mərkəzləşdirilmiş poliknikasına müraciət etdik. Həmin ərəfədə uşaqda mədə pozuntusu da əmələ gəlmişdi. Həkimlərimizin ənənəvi bir diaqnozu var: "Uşağınızda mikrop tapılıb". Bizə də bu cür dedilər. Bir çox yerə müraciət etdik. Axırda bizə bir həkim dedi ki, sizin uşağınızda autizm xəstəliyi var. Başladıq bu xəstəliyi araşadırmağa. Bu xəstəlik necə əmələ gəlib, hardan və nədən qaynaqlanır? Uşağı apardım İrana. Bizə İranda dedilər ki, bu uşağın ağır metal zəhərlənməsini yoxlayın. Bura qayıdandan sonra Səhiyyə Nazirliyinə müraciət etdim, uşağı labaratoriyada yoxlatmaq üçün. Məni bir neçə yerə göndərdilər, axırda da dedilər ki, bizdə ağır metalın orqanizimdə aşkarlanması üçün hər hansı bir laboratoriya yoxdur. Başladım internet üzərindən bu xəstəliklə bağlı araşdırmalar aparmağa. Amerikanın "DAN" institutu ilə əlaqə saxladım. Uşağın analizlərini göndərdim ora. Bir müddət sonra bizə belə bir cavab gəldi: "Sizin uşağınızda nikkel, alminium, mis normadan 10-15 dəfə çoxdur".

Bununla bağlı araşdırmalar apardım və mənə məlum oldu ki, bu problem peyvənddən qaynaqlanıb. Səhiyyə Nazirliyinə müraciət edərək, peyvəndin yaddaş vərəqəsini tələb etdim, vermədilər. 6 ay sonra məni çağırdılar Abşeronun baş tibb idarəsinə, qeyri rəsmi yolla peyvəndin yaddaş vərəqələrini ordan əldə etdim. Yaddaş vərəqəsinə nəzər salanda dəhşətə gəldim. Tverasol. Civənin orqanik forması bir dozada normadan çoxdur. Alminium, mis və sairə. Hamısı da normadan artıqdır.

Dünya Səhiyyə Təşkilatı 2007-ci ildə, belə bir protokol qəbul edib: "Hər bir insanın çəkisinə görə gündəlik qida ilə qəbul edə biləcəyi ağır metalın norması". Və normanı da qeyd edirlər. Mən həmin normanı peyvənd vərəqəsindəki norma ilə müqaisə etdim, gördüm ki, bizdə vurulan peyvəndlərin tərkibində metal dəfələrlə çoxdur.

Uşaq doğulandan 4-7 saat sonra uşağa Hepatit B vurulur. Bunun tərkibindəki ağır metallar uşağın çəkisinə görə olmalıdır. Bizdə isə bu 20-25 dəfə çoxdur, hətta ortayaşlı adamlar üçün də təhlükəlidir. Mark Silkus adlı dünya səviyyəli bir alimin elmi işində göstərilir ki, 1992-ci ildən bu yana bizim kimi ölkələrə göndərilən peyvəndlərin tərkibindəki ağır metal 2 dəfə artırılıb. Bunu ucuz başa gəlsin deyə ediblər. 2007-ci ildə Amerikada tərkibində ağır metal olan peyvəndlərə qadağa qoydular. Hal-hazırda Almaniyada, Yaponiyada, Danimarkada və bir çox ölkələrdə bu peyvəndlər qadağan olunub.

Orqanizm özlüyündən morfin ifraz etməyə başlayır

- Tərkibində ağır metal olduğuna görə qadağan edilib?

- Uşaq orqanizmi zəif olduğuna görə peyvənd ciddi fəsadlara yol aça bilər. Ağır metal orqanizmə düşəndə o orqanizim zəifdirsə, özünə yer edir, elə bil ki, filtir yaradır. Civə ən ağır metal olduğuna görə, orqanizmə düşən ağır metalları bioplyonka əmələ gətirərək özündə saxlamağa başlayır. Bundan əlavə orqanizimdəki lazımsız virusları da özündə toplayır. Nəticədə bu da uşaqda maddələr mübadiləsinin pozulmasına gətirib çıxardır. Maddələr mübadiləsi pozulduqdan sonra buğda məhsullarından istifadə edəndə orqanizmdə qliserin çoxalır. Qliserin çoxaldıqdan sona isə orqanizm özlüyündən morfin ifraz etməyə başlayır. Bu da beyində tormuzlanmaya gətirib çıxardır.

- Autizm bundan yaranır?

- Deyirlər ki, uşaq özünə qapanır, valideyin onunla yaxşı məşğul olmur və autizm buna görə yaranır. Əslində elə deyil. Tutaq ki, bir narkomana nə isə başa salmaq olurmu? Qətiyyən mümkün deyil, o, həmişə öz aləmində olur. Bu da belə bir şeydir. Bədən özü morfin ifraz etdiyinə görə uşaq öz aləmində olur.

- Uşağı harda müalicə elətdirdiniz?

- Azərbaycanda Autizmin mualicəsi yoxdur. Burdan DAN institutuna məktub yazdıq, onlar bizə dedilər ki, biz sizin uşağı müalicə edə bilmərik, elmi tədqiqat işləriylə məşğuluq, müalicə bizlik deyil. Ancaq bizə biotəbabət üsulunun sənədlərini göndərdilər və biz uşağı bu üsullarla müalicə etməyə başladıq. Uzun müddətdir ki, uşaq qliserinsiz dietadadır. Oğlumun artıq 6 yaşı var.

Peyvəndlər ləğv edilsin

- Bayaq qeyd etdiniz ki, Səhiyyə Nazirliyini məhkəməyə vermisiniz. Bunun axırı necə oldu?

- Mən Səhiyyə Nazirliyinə qarşı belə bir tələb irəli sürmüşəm.
Tərkibində normadan çox ağır metallar olan peyvəndlər ləğv edilsin.
Bundan əlavə, mən məhkəməyə DAN inistutunun mənə göndərdiyi analizin nəticələrini də göstərdim, qəbul etmədilər. Halbuki Azərbaycan Dünya Səhiyyə təşkilatının üzvüdür.

- Məhkəmədə Səhiyyə Nazirliyinə qarşı irəli sürdüyünüz tələb, təmin edildimi?

- Xeyr, bütün məhkəmələrdə uduzmuşam. Ancaq Səhiyyə Nazirliyini Avropa Məhkəməsinə verməyə hazırlaşıram.

- Peyvəndlə bağlı nə məsləhət görərdiniz valideynlərə?

- Səhiyyə Nazirliyi bilərəkdən Azərbaycan qanunlarını pozur. Belə bir qanun var: "Yolxucu xəstəliklərin Umunoprofilaktikası haqqında Qanun". Bu Qanunun, 6-cı maddəsində göstərilir: "Proflaktik peyvəndlər üçün tələblər. Valideyn uşağına vurulan hər bir peyvəndin tərkibini bilməlidir, valideyindən razılıq alınmalıdır". Bundan əlavə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan respublikasının Qanunu", maddə 5. Bu qanunda göstərilir ki, hər bir istehlakçı ona göstərilən xidmətin sənədini tələb etməlidir. 2 il bundan əvvəl İradə İsaqın verilişində mən bunları Səhiyyə Nazirliyinin numayəndəsinə dedim. O isə mənə dedi ki, hə, biz bilirik və Səhiyyə Nazirinin xüsusi əmrinə əsasən, peyvəndin tərkibi və əks göstəricilər plakat şəklində bütün poliklinikalarda yerləşdirilməlidir. İndi gəlin gedək görək, hər hansısa bir poliklinikada belə bir plakata rast gələcəyikmi? Heç bir poliklinikada belə bir plakat yoxdur. Bütün Bakı xəstəxanalarını gəzmişəm. Xəstəxana divarlarında Pikassonun, Motsartın şəkilləri var, amma peyvəndin tərkibinə aid heç bir məlumatlandırıcı plakat yoxdur. Məcbur olub özüm gedib yayıram xəstəxanalarda.

Səhiyyə Nazirliyi bu məsuliyyətsizliyin qarşısını almır. Nazirlik istədiyi vaxt, istədiyi poliklinikada yoxlamalar apara bilər. Ancaq aparmırlar.

- Azərbaycanda autizmdən əziyyət çəkən neçə uşaq var?

- Təxminən 4 min.

- Sizcə, bu, uşaqların neçəsində peyvənddən sonra autizm xəstəliyi yaranıb?

- Mənim tanıdığım 10 uşaq var ki, onlarda peyvənddən sonra yaranıb bu cür xəstəlik. Bir qız uşağının peyvənddən sonra gözləri çəpləşib.

- Əhməd bəy, son olaraq deyəcəyiniz nəsə var?

- Son olaraq valideyinlərə üzümü tutub deyirəm ki, uşaqlarınıza peyvənd vurulanda tərkibi ilə maraqlanın. Peyvəndin yaddaş kartını tələb edin.

Tarix
2014.04.10 / 08:00
Müəllif
Elçin Aslangil
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla