Yuxarı

Prokuror qətli ört-basdır edir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim məsuliyyətsizliyi ucbatından dünyasını dəyişmiş Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin vəkili Səməd Vəkilov Baş Prokuror Zakir Qaralova müraciət edib.

Bu haqda vəkil Səməd Vəkilov özü məlumat verib. Vəkilin sözlərinə görə, müraciəti vacib edən səbəb Nəsimi Rayon Prokurorluğunun işin istintaqını aparan müstəntiqi Ələkbər Rzayevin həkimlərin cinayət əməlini ört-basdır edən fəaliyyətidir:

"Heç cür anlamaq olmur ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Baş prokuror Zakir Qralaovun nəzarətində olan və bu boyda ictimailəşmiş bir cinayət işinin istintaqını aparan müstəntiq heç nədən çəkinmədən vəsatətləri təmin etməsin, həkimlərin iş materialına təqdim etdikləri saxta sənədləri bilə-bilə qəbul etsin və heç bir əsas olmadan, onların məsuliyyətdən qurtarmasına yardımçı olsun. Görünür, bizim hələ aşkara çıxara bilmədiyimiz hansısa qüvvələr ciddi fəaliyyət göstərirlər ki, bu qatillər məsuliyyətdən qurtarsınlar".

S.Vəkilov bütün bu səbəblərdən bu gün Baş prokuror Zakir Qaralova cinayət işinin Nəsimi Prokurorluğundan alınması üçün müraciət edildiyini bildirdi:

"Nəsimi prokurorluğuna zərərçəkmiş tərəfdən bir sıra vəsatətlər verilsə də, müstəntiq Ələkbər Rzayev bunları araşdırmayıb. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinə əsasən, KİV-də törədilmiş və ya hazırlanan cinayətlər haqqında verilmiş məlumatların cinayət təqibi orqanlarına göndərilməsi nəzərdə tutulub. Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş cərrahi əməliyyatın əsas iştirakçısı olan həkimlər Mahir Məmmədov, Fərəculla İdrisov, Firuz İbrahimov mətbuatda istintaqa verdikləri ifadələrlə ziddiyət təşkil edən açıqlamalar veriblər. Bu halda istintaq orqanı bu ziddiyətlərlə bağlı məsələni araşdırmalı idi. Lakin APA İnformasiya Agentliyində 15 yanvar 2014-cü il tarixdə "Araşdırmadan sonra ölümdə günahı olan həkimlər barəsində müvafiq tədbirlər görüləcək" başlığı altında (müəllif Fuad Cəfərov), 28.03.2014-cü il tarixində isə "Aznews.az" saytında getmiş "Elnarə Tofiqqızının həkimləri bir-birini ifşa etdi – Nazirə növbəti müraciət" (müəlif Amid İsgəndərov) adlı yazılar Cinayət Prossesual qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi şəkildə istintaqa təqdim edilsə də, müstəntiq Ələkbər Rzayev bu sənədləri araşdırmayıb.

Bundan başqa, həkim F.İdrisovun əməlində dələduzluq cinayətinin tərkibi olması barədə verilmiş vəsatət də araşdırılmadan qalıb. Halbuki bu vəsatətin təmini ilə bağlı Baş prokurorun birinci müavini Rüstəm Usubov şəxsən göstəriş vermişdi.

Müvəkkili olduğum A.Niftəliyev 31 mart 2014-cü il tarixdə təkrar ekspertiziya keçirilməsi ilə bağlı vəsatət verdi. Adıçəkilən müstəntiq bu vəsatəti də araşdırmadı və təmin etmədi. Eyni zamanda, tərəfimizdən rəsmi şəkildə istintaqa təqdim edilmiş müstəqil həkim ekspert rəyi də müstəntiq tərəfindən araşdırılmadı".

S.Vəkilov zərərçəkənlə müstəntiqin qanunvericiliyə görə, "eyni tərəfdə" durmalı olduğu, ancaq Ələkbər Rzayevin özünü həkimlərin vəkili kimi apardığını vurğuladı:

"Cinayət prosessual qanunvericiliyi ilə zərərçəkmiş tərəf prossesual statusuna görə müstəntiqlə eyni tərəf hesab olunsa da, Ə.Rzayev ittiham tərəfin mövqeyini araşdırmaqda maraqlı olmayıb. Nəticədə istintaqın obyektiv qənaətə gəlməsinə mane olub".

Xatırladaq ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Tarix
2014.04.10 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla