Yuxarı

Osmanın cəsədinin suda üzməsi... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Dadaşovun açıq dərsi

Yazın susuzluğu

İstanbul Universitetinin ədəbiyyat fakültəsinin sənət tarixi ixtisasını bitirərək kino barədə məqalələr dərc etdirən türk rejissoru, yaradıcılıq fəaliyyətinə onun yazdığı, Aşıq Veysəlin həyatından bəhs edən "Qaranlıq dünya" (ssenari müəllifi Bədri Rahmi Eyüboğlu. 1952) filmi ilə başlayan əsl adı İsmayıl Metin Karamanbey olan Metin Erksanın Necati Cumalının eyni adlı hekayəsi əsasında 1964-cü ildə David E. Durstonla birgə ssenarisini yazıb lentə aldıqları, elə həmin il 14-cü Berlin Film festivalında "Qızıl ayı" mükafatını qazanan "Susuz Yaz" filmində Anadolu kəndlərindən birində yaranan su problemi ortaya atılsa da, elə ilk epizodda əlində xırda güzgü parçasını tutan atasız, kasıb Baharın (Hülya Koçigit) adaxlısı, kəndin varlı adamı, su mənbəyindən istifadədə öz marağını önə çəkən Osman ağanın qardaşı Hasanın (Erol Taş) üzünə işıq salması sevgi motivini sosial kontekstdə önə çəkir. Torpağın qanı sayılan suya tək Osman ağanın sahib çıxması, qardaşı Hasanın müqavimətinə baxmayaraq arxın qarşısına bənd vurması səbəbindən kəndlilərin acından öləcəyi ehtimalı sosial problemi daha da qabardır. Əkin sahələrinin suyu qurumaqda olan kəndlilərin ümidsizliyə qapılmaları fonunda Hasana sevdiyi Baharı qaçırmasını tövsiyə etməklə acgözlüyü, xəsisliyi vurğulanan Osmanın qardaşı arvadına gözü düşməsi yeni ailənin cinsəl həyatının xəlvəti izlənilməsinin, insan gözünü əvəz edən xırda işıq priborlarından istifadədə, texniki tətbiqin mükəmməliyi ilə gözlənilən namus problemini ortaya qoyur.

Nəhayət ki, Osmanın diktəsi ilə suyun kəsilməsi dramaturji düyünü təqdim edir. Və Osmanın yenidən suya hakimliyini ələ alaraq suya fərqli tərzdə atılması dinamika ilə verilərək bir növ rejissorun tapıntısına çevrilir. Şər qüvvələri təcəssüm etdirən Osmanla Hasan arasındakı ziddiyyət strukturu zənginləşdirir. Gedişatın faciəvi şəkil almasını duyan Hasanın fikri əslində Xeyrin təntənəsinə gedən yolu işıqlandırmaqdır. Filmdə sosial problemə çevrilmiş su ilə bağlı kəndlilərin və Osmanın məhkəməyə müraciəti qanunun aliliyi prinsipini xatırladır. Digər bir epizodda Osmanın kəsdiyi xoruzu Baharın üzərinə atması personajlar arası ziddiyyətlərin ilkin təzahürünə çevrilir. Məhkəmənin fərmanını dəyişdirməklə qanunu belə şərə xidmət etməyə sövq edən Osmanın əməli zidiyyətləri qloballaşdırır. Və bu məqamda Hasanla Baharın susuzluqdan yanan əkin sahələrini xilas etmələri cəhdinin qarşısının alınması dramaturji düyünün açılışına yönəlir. Kəndlilərdən Vəli Sarının intiqam hissindən alovlanaraq Osmanın Qarabaş adlı itini vurması Osmanın dramaturji vəziyyətini gərginləşdirir. Güllələnmiş iti Bahar və Hasanın arasına atan Osman ziddiyyətlərin zümrələr arasındakı təzahürünə rəvac verir. Qardaşı Osmanla danışığında Hasan Osmana qarşı çıxaraq Xeyri, digər bir personaj Vəli Sarı isə Osmanın mövqeyinə keçərək Şəri təcəssüm etdirməsi fonunda silahlanan kəndlilərin bəndi partlatmaları vizuallığın gərginliyini artırsa da, hadisə ilə əlaqədar əhali arasında başlanan mücərrəd atışmaların uzanması isə süjet xəttini lüzumsuz halda uzadır. Vəli Sarının ölümü ilə əlaqədar Osmanın cinayəti boynuna götürməyi Hasana təklif etməsi dedektiv sərgüzəşt janrlarından vaz geçərək psixologizmi önə çəkməsi əsərin melodramatik şərtiliyini qoruya bilir. Və məhz bu məqamda qandalla bir-birinə bağlanmış Osmanla Hasanın onların arxasınca gələn Bahar tərəfindən izlənilməsi rejissor ssenarisinin mükəmməliyinə dəlalət edir. Cinayəti boynuna almaqla 8 illik cəzayla məhkum olunan Hasanın aravdı Bahara Osmanın gözü düşməsi və Osmanla ilk kadrlarda qadın gözəlliyinin nümayişi janr təyinatını nizamlayır. Gecə paltarını soyunan Baharın qonşu otağın dəliyindən Osman tərəfindən izlənməsi xırda işıq priborlarından istifadə epizodun məğzinin önə çəkilməsinə şərait yaradır. Elektrik dirəyini qucaqlamaqla oradakı tellərin Hasanın olduğu şəhərdən gəldiyini bildirən Baharın qadın sədaqətini önə çəkməsi dramaturji maneəni canlandırır. Həbsxanada cəza çəkməkdə olan Hasanın tapşırığı ilə əkin sahələrininn xilası üçün bəndi açan Baharın Osman tərəfindən balta ilə qorxudulması ziddiyyətlər qarşıdurmasını yeni istiqamətə yönləndirir. Meşədə kəndlilər tərəfindən döyülən Osmanın kürəyinə məlhəm qoyan Baharın daxilindəki təlatümlər təhtəl şüurun təzahürünü üzə çıxarır. Hasanın daha uzaq həbsxanya göndərilməsi və bu barədə məktubu gizlətməsi Osmanın qardaşı arvadına olan münasibətlərinin təzahürünə şərait yaradır. Paralel olaraq kəndlilərin məqam tapıb əkin sahələrini suvarması sosial mövzunu gündəmdə saxlayır. Baharın ilan sancan ayağından Osmanın zəhəri sovurması, Hasandan gələn məktubu qardaşının cırması, Bahara yeni libas alması, sağılı inəyin budunu sığallaması, psixologizmi qabardır. Həbsxanda Hasan adlı birinin ölümü ilə bağlı xəbərin şayiə olduğunu bilən Osmanın bu xəbəri gizlətməsi hadisələri yeni istiqamətə yönləndirir. Hasanın ölüm xəbərindən möhkəm sarsılan Baharın vaxtı ilə sevgisinin təcəssümünə çevrilən güzgü parçasını son dəfə bostan müqəvvasına atması personajları yeni kontekstdə təqdim edir. Bəzədiyi müqəvvanın timsalında Bahara sevgisini ithaf edən Osmanın daxili monoloqunu səsləndirməsi teatrallığa əsas verir. Həbsxanda məktub və pul almayan Hasanın qeyzlənərək intiqama söz verməsi məqamında paralel olaraq, Osmanın Baharı ram etməsi düyünün açılışına yönəlir. Osmandan su almaq üçün pul yığmağa qərar verən kəndlilər sosial motivi zəif də olsa sezdirə bilirlər. Və Baharın Osmanın ayağını yuduğu məqamda kəndlilərin gəlişi, həbsxana ağsaqqalının azadlığa çıxan Hasana şəxsi intiqam hissindən uzaq olmasını tövsiyə etməsi, sosial və şəxsi motivi genişləndirir. Əliyalın, silahlı Osmanın üstünə gedən Hasanın intiqam hissini cilovlaya bilməməsi və Osmanın əlindəki silahla Baharı güllələməsi personajlar arası ziddiyyəti mexaniki həll edir. Hasanın Osmana su arxı ilə yaxınlaşması və gülləsi bitən Osmanı məhz suda boğması intiqama sosial status qazandırır. Yaralı Baharı bağrına basaraq günahsızlığını qəbul edən Hasanın qapalı bəndləri açması, Osmanın cəsədinin suda üzməsi ideyanın təntənəsinə çevrilir.

Tarix
2014.04.12 / 09:57
Müəllif
Aydın Dadaşov
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla