Yuxarı

Məktəblilər Sabir Rüstəmxanlını çıxılmaz vəziyyətə saldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yazıçılar Birliyinin təşkilatçılığı ilə Bakının 20 saylı məktəbində Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçirildi.

"Axar.az" xəbər verir ki, əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq, şagirdlər Sabir Rüstəmxanlının yaradıcılığından, müstəqillik savaşından, milli mücadiləsindən danışdılar, şairin şairlərini səsləndirdilər. Sabir Rüstəmxanlının sözlərinə yazılmış mahnıları məktəblilərin ifa etməsi isə böyük hərarətlə qarşılandı.

Xüsusi slaydla Sabir Rüstəmxanlı yaradıcılığını nümayiş etdirən məktəblilər eyni zamanda şairin ssenarisi əsasında çəkilən "Cavad xan" filmindən parçalar nümayiş etdirdilər, Şəfiqə Axundovanın Sabir Rüstəmxanlının sözlərinə yazdığı və Xalq artisti Alim Qasımovun ifasında məşhur "Bağışla" mahnısı səsləndi.

Tədbirin sonunda Xalq şairinin özünə söz verildi. Məktəblilərin xahişi ilə "Vətən" şeirini oxumaqla çıxışına başlayan Sabir Rüstəmxanlı milli düşüncə, milli ruh, gənclərin tərbiyəsinin istiqamətləri, yaradıcılıq yolu və s. barədə fikirlərini bildirdi.

Daha sonra Sabir Rüstəmxanlı gəncləri maraqlandıran sualları cavablandırdı. Xalq şairinin yaradıcılığının ilk illəri, məktəb, xüsusilə ilk sevgisi ilə bağlı xatirələrini danışmağa çətinliklə də olsa, razılaşması gənclərin alqışları ilə müşayiət olundu.

Tarix
2014.04.15 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla