Yuxarı

Qarabağ - ən az oxunan xəbər!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərdən adama elə gəlir ki, Azərbaycan xalqı ilə məzələnirlər.

Bu günlərdə ölkəmizdə olan ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç bəyanat verərək Qarabağ məsələsinin həllində ATƏT-in səylərini artırmağın zəruri olduğunu bildirib. Düzdür, bu tipli bəyanatlar daha o qədər gülünc və mənasızdır ki, onları ciddiyə almağa lüzum belə yoxdur. Ancaq buna baxmayaraq, hər dəfə bu tipli bəyanatlarla sanki bizi nəyəsə inandırmağa, ümidləndirməyə çalışırlar.

Uzun illərdir ki, Qarabağ bizim problem olmaqdan çıxıb, olub ATƏT-in məsələsi. Hərdən Minsk qrupu həmsədrləri bölgəyə səfər edəndə və ya hansısa deklorativ bəyanat verəndə bununla bağlı xəbərlər mətbuatın, saytların bir küncündə ən az oxunan xəbər kimi yer alır.

Bu xəbərlərin oxunma sayına görə də cəmiyyət üçün bu problemin aktuallıq dərəcəsini təsəvvür etmək olar. İnsanlar sanki Qarabağın bizdə olmamasına, bu məsələ ətrafında illərlə aparılan səmərəsiz danışıqlara öyrəşiblər.

Əslində, insanları haradasa başa düşmək də olar bəlkə... Ötən illər ərzində ATƏT-in apardığı danışıqlar münaqişənin həll olunmasından daha çox, bu məsələ ilə bağlı Azərbaycan xalqının hisslərini korşaltmağa, işğal faktı ilə barışıb problemin acısını unutmağa hesablanıb.

Bu gün gəldiyimiz mərhələdə də demək olar ki, ATƏT-in Minski qrupu çərçivəsində aparılan danışıqlar prosesinin bu unutdurma hədəfi gerçəkləşmiş sayıla bilər. Nə qədər acı da olsa da, etiraf etməliyik ki, indi insanlarımız işğal altında olan torpaqlarımızı azad etmək kimi missiyanın məsuliyyətini öz üzərlərində hiss etmirlər. Adamlar hansısa formada bu məsələnin mübarizə və savaşla deyil, ATƏT-in Minsk qrupu adlı mənasız bir formatda müzakirə edilməsinə öyrəşdirilib.

Hər necə olsa da danışıqlarda biz Qarabağın Ermənistan tərəfindən işğalı faktı ilə barışmırıq və bu mövqedən də geri çəkilmək niyyətində deyilik. Hə nə olsun? Geri çəkilməyək, bəs sonra? Geri çəkilmiriksə, irəli də gedə bilmirik. Bu günə qədər bir qarış torpaq da geri alınmayıb. Axı heç Ermənistan da geri durmur. O zaman bizim danışıqlarda ərazi bütövlüyümüz faktı üzərində israr etməyimiz işğal faktını aradan qaldırmırsa, bu o deməkdir ki, mənasız danışıqlar daha çox Ermənistana sərf edir.

Niyə? Çünki bu danışıqlarla bizim əl-qolumuz bağlı saxlanılır və nəticədə Ermənistan ərazilərimizi işğal altında saxlamaqda davam edir. Belə vəziyyət 100 il də davam etsə, Ermənistanın itirəcəyi bir şey yoxdur.

Ona görə də bu gün məsələni bir daha qiymətləndirməyimizə, mənasız danışıqlar prosesini davam etdirib özümüzü aldatmağımıza ehtiyac varmı? Birmənalı şəkildə yox! Bu gün artıq qarabağlı olub Qarabağda doğulmayan bir gəncliyimiz var. Onlar üçün Qarabağın bizdə olması reallıq deyil, anadan olmazdan öncəki tarixdir. Bu gənc nəsildə nə qədər çalışsaq da Qarabağ bir vətən şüuru kimi formalaşmayacaq. Onsuz da itirilmiş ərazi məsələsində tariximiz çox acı örnəklərlə doludur. İndi Qarabağ da onlardan birinə çevrilməkdədir.
Ötən itirilmiş illər də göstərdi ki, dünyanın nə vicdanı var, nə də ədalət tərəzisi... Ona görə də kiməsə hansı həqiqətləri sübut etməklə, haqlı olduğumuza inandırmaqla heç kim itirdiyimiz torpaqları bizə alıb verəsi deyil. Tək yol millət olaraq vətən müharibəsi düşüncəsi ilə öz problemimizi öz gücümüz və iradəmizlə çözməyə hazır olmaqdan keçir.

Tarix
2014.04.17 / 09:00
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla