Yuxarı

XXI əsr Bakısında vaqon-məktəb - Fotoreportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Söhbət Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ramana qəsəbəsindəki Xanlıq kənd ümumi orta təhsil məktəbindən gedir. Hazırda 87 şagirdin təhsil aldığı bu məktəb 2 vaqonda yerləşir.

Məktəbin direktoru İlahə Əsədova "Axar.az"a bildirdi ki, keçən il Nazirlər Kabinetinin əməkdaşları təhsil müəssisəsinə baxış keçirib. Baxış zamanı 220 nəfərlik yeni məktəbin tikintisinə başlanılacağı qeyd olunub. Direktorun sözlərinə görə, hazırda istilik sistemi tam qaydasında işləyir:

"Qışda problemimiz olmur. Bircə problemimiz məktəbin vaqonlardan ibarət olmasıdır. Kollektivimiz gənc kadrlardan ibarətdir. Ümid edirik ki, yaxın zamanlarda bu məsələ həll olunacaq. Qubadlı Rayon İcra Hakimiyyəti də bu problemin tez bir zamanda həll olunacağını bildirib".

Sinif, yoxsa vaqon

Müəllimlər isə deyirlər ki, məktəb 9 illikdir. Burada şagirdlərin sayı 85-90 arası dəyişir. Əsas problem də köçkün məktəblilərin vaqonlarda dərs öyrənməyə məhkum olunmasıdır. Müəllimlər deyir ki, havalar isinəndə vaqonlarda havasızlıq yaranır, "siniflərdə" oturmaq əzaba çevrilir. Məktəbdə 18 pedaqoq çalışır.

Müəllimlərin dediyinə görə, məktəbin maddi-texniki bazası sıfıra bərabərdir:

"Günümüzün çox hissəsi burada keçir. Nə etməli? Şagirdlər də çalışır, oxuyurlar ki, hər şey yaxşı olsun. Bu, məktəb deyil. Təhsil-tədris üçün heç bir tələbə cavab vermir. Bu qəsəbədə yaşayanların məktəb tikintisinə ehtiyacı var. Məncə, 200 nəfərlik bir məktəb tikmək çətin olmaz. Biz Mehriban xanımın da köməyini gözləyirik. O, həmişə təhsil sahəsinə qarşı diqqətcildir. İndi o dövr deyil ki, vaqonlarda dərs keçəsən. İstəyirik ki, şəraitimiz yaxşılaşsın, məktəbin maddi-texniki bazası olsun, şagirdlərin yüksək təhsil almağı üçün yaxşı imkan yaransın".

Yeni məktəb gözləyənlər

Məktəb rəhbərliyi ilə yanaşı şagirdlər və valideynləri də yeni məktəb tikintisini səbirsizliklə gözləyirlər. Ümid edirlər ki, maydan sonra inşa işlərinə başlanacaq və növbəti tədris ili həm də təzə məktəbin açılışı ilə yadda qalacaq. Nə deyirik ki, təki belə olsun...

Tarix
2014.04.17 / 08:30
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla