Yuxarı

“Turan ordusu”nun ilk addım səsləri Naxçıvandan gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimiz Naxçıvan Muxtar Respublikası ərazisində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Müdafiə Nazirliyin rəhbərliyinin iştirakı ilə keçirilən təlimlərə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin şəxsi heyəti, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən yeni, ən müasir standartlara uyğun zirehli texnika cəlb olunub.

Təlimlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılacaq, döyüş texnikalarının, həmçinin müasir silahların tətbiqi imkanları öyrəniləcək, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, eyni zamanda döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək.

Naxçıvan və Azərbaycanın Ermənistanla digər sərhəd bölgələrində hərbi təlimlərin olacağı barədə yazılarımızda bildirmişdik ki, son zamanlar Azərbaycanla Türkiyə arasında aparılan müzakirələrdə siyasi-iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı iki ölkənin birgə hərbi təlimlər keçirməsi də gündəmdədir. Qeyd etmişdik ki, Türkiyə Suriyadan kürdlərin və ermənilərin kütləvi olaraq, həm də ailələr və tayfa halında, Dağlıq Qarabağa köçürülməsindən, eyni zamanda Türkiyə, İraq və Suriyadan PKK silahlılarının bu bölgəyə sızmasından ciddi narahatdır. Ona görə də Türkiyə istəyir ki, hərbi təlimlər zamanı köç bölgəsinə girilib-çıxılsın, ya da ora raketlər atılsın ki, Dağlıq Qarabağa köç edənlər və orada düşərgə salanlar bölgədə hər şeyin rahat olmadığını anlasınlar. Ən azından, köç həvəsi və prosesi dayansın.

Həmçinin artıq Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan hərbi birləşmələrindən ibarət Avropa mediasının dili ilə desək, "Turan ordusu" adlı hərbi birliyin yaradılması barədə yazmışdıq. Ordunun rəsmi adı ölkələrin Anadolu türkcəsində baş hərflərini ehtiva edən TAKM abriviaturasıdır. TAKM-ın başqanlığı Türkiyədədir. Lakin 3 ay əvvəl qərargah Ankaradan Bakıya köçürülüb. Buna də səbəb kimi, Ukraynada partlaq verən və Azərbaycanı da təhdid edən rus aqressiyasına mesaj verilməsi zərurəti göstərilir...

Diplomatik qaynaqlara əsasən bildirmişdik ki, bu ordunun Dağlıq Qarabağda hərbi əməliyyatlar, yaxud partizan savaşı aparacaq hazır qrupları var. Azərbaycanın razılıq verəcəyi təqdirdə bu qruplar Dağlıq Qarabağa atılacaq. Azərbaycan isə hələlik Rusiyadan ehtiyat etdiyindən gözləyir.

Əldə etdiyimiz məlumata görə, hazırda Naxçıvanda keçirilən təlimlərdə Türkiyə ordusunun təmsili manqası da iştirak edir. İddia olunur ki, Naxçıvandakı təlimlər nəzərdə tutulan Azərbaycan-Türkiyə hərbi təlimlərinə hazırlıqdır. Buna "Turan ordusu"nun ilk hərbi manevrləri də demək və bu ordunun ilk addım səslərinin Naxçıvandan gəlməsi kimi də qiymətləndirmək olar.

Qeyd edək ki, aprelin 21-də "Turan ordusu"na qoşulması üçün danışıqların aparıldığı bildirilən Qazaxıstanın müdafiə naziri Serik Axmetov Azərbaycana səfər edəcək.

S.Axmetov Azərbaycanın müdafiə naziri Zakir Həsənovla, müdafiə sənayesi naziri Yavər Camalovla görüşəcək, bir sıra hərbi sənaye obyektlərinə baş çəkəcək və hərbi məsləhətləşmələr aparacaq.

Qeyri-rəsmi məlumatlara görə, bu səfər zamanı Qazaxıstanın da "Turan ordusu"na qoşulması məsələsinin bir daha müzakirə olunacağı bildirilir.

Bundan öncə isə "Turan ordusu"na daxil olan Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl Azərbaycana səfər edərək yüksək səviyyəli görüşlər keçirmişdi. Bütün bunlar onu göstərir ki, türk-müsəlman hərbi birliyinin formatı olan "Turan ordusu"nun çevik bir quruma çevrilməsi üçün ciddi müzakirələr gedir. Ekspertlər bu hərbi birliyin formalaşdırılmasını önəmli addım kimi qiymətləndirirlər (Musavat.com).

Tarix
2014.04.17 / 08:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla