Yuxarı

Firuz Səxavət icra başçısı təyin edilən qohumundan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Raqub Məmmədov qohumumuz yox, dostumuzdur".

Bu sözləri "Axar.az"a açıqlamasında xanəndə Firuz Səxavət Ağdam rayonunun icra başçısı barədə danışarkən deyib.

O, Raqub Məmmədova uğurlar arzuladığını bildirib:

"Yaxşı insan, gözəl ziyalıdır. Biz hamımız, bütün ağdamlılar sevinir ki, bizə belə başçı təyin olunub. Ona uğurlar arzulayıram. Yeni işi mübarək olsun. Allah qoysa, daha yüksək vəzifələr ona qismət olar".

Qeyd edək ki, dünən Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, bu vəzifədə Nizami Sadıqovu əvəz edib. Raqub Məmmədov bu yerə Tərtər Rayon Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdir vəzifəsindən gətirilib.

Sosial şəbəkədə Raqub Məmmədovun mərhum sənətkar Səxavət Məmmədovun qohumu olması barədə statuslar paylaşılıb.

Tarix
2014.04.17 / 12:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla