Yuxarı

MTN çekisti niyə icra başçısı gətirildi? - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər icra hakimiyyətlərinin başına gətirilənlərin ən az 50 faizi MTN-dən olsaydı, bu, normal olmazdı".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan prezidentinin eks köməkçisi Eldar Namazov Ağdam Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisinin gətirilməsini şərh edərkən dedi.

Onun sözlərinə görə, bir çox dövlətlərdə belə təyinatlara rast gəlmək mümkündür: "Bu, kütləvi və ənənəvi hal aldığı zaman normal qarşılanmır. Ancaq vaxtaşırı olaraq hüquq-mühafizə oranlarında çalışan insanlar da icra hakimiyyətlərində işləməyə dəvət edilirlər. Bu təyinatda hansısa qeyri-adilik olduğunu hesab etmirəm. Amerika Birləşmiş Ştatlarında həm hərbiçiləri, həm təhlükəsizlik sistemində çalışanları dövlət orqanlarında hansısa yüksək vəzifəyə təyin edlməsi halına rast gəlinir".

Cəbhə xəttinə belə təyinatlar normaldır

E.Namazovun fikrincə, bu təyinatı Ağdam rayonun sərhəd bölgə olması ilə əlaqələndirmək düzgün deyil: "Sərhəd bölgələrində hansısa gərginliyin yaşanması ilə bağlı dəqiq olmayan informasiyalara söykənərək, bu təyinatın da onunla əlaqəsinin olduğunu demək düzgün deyil. Ermənistanla sərhədyanı bölgələrdə, cəbhə xəttinə yaxın yerlərdə icra hakimiyyətlərində çalışanların hərbi və xüsusi xidmətlərdə çalışma təcrübəsinə malik olması bir çox məsələlərdə müsbət haldır. İstənilən anda belə insanların təcrübəsindən yararlanmaq lazımdır. Ancaq bu təyinatın onunla əlaqəsi olduğunu düşünmürəm".

Milli Təhlükəsizlik nazirinin keşmiş müavini Sülhəddin Əkbər də belə təyinatların olmasını normal qarşıladı: "Belə təyinatın aparılması normaldır".

Xüsusi xidmət orqanlarının işçiləri daha məqsədə uyğundur

Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin fikrincə isə təmas xəttində yerləşən ərazilərə xüsusi xidmət orqanlarının işçilərinin icra başçısı təyin edilməsi daha məqsədə uyğundur:

"Çünki həmin bölgələrdə təsərrüfat işlərindən çox, hərbi işlər ön plana keçir. Bu işdə də yerli hakimiyyət orqanlarının köməyi lazımdır. Belə bölgələrdə yerli əhalinin qorunması, onlara yüksək əhval aşılanması, ədalət hissinin bərpa edilməsi və insaların torpağa möhkəm bağlanması lazımdır ki, icra başçısı da bu işlərin öhtəsindən gəlməlidir. Orduya kömək də bu işin əsas hissəsi olmalıdır. Bu baxımdan cəbhədə yerləşən rayonun icrasının peşəkar xəfiyyəyə tapşırılması üçün daha münasib qərardır".

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Raqub Məmmədov təyin edilib (Xatırladaq ki, vəzifədən azad edilən Nizami Sadıqov da hüquq-mühafizə orqanlarından icra strukturuna gətirilmişdi).

Bu təyinatdan sonra sosial şəbəkələrdə peşəkar xəfiyyənin cəbhə bölgəsində yerləşən rayona icra başçısı təyin edilməsini Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlaşması kimi qiymətləndirən müzakirələr aparıldı.

Tarix
2014.04.17 / 13:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla