Yuxarı

ATV-nin aparıcısı xəstəni öldürdü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

58 yaşlı Bakı şəhər sakini Səriyyə Ələkbərova həkim savadsızlığının qurbanı olub.

"Axar.az" xəbər verir ki, o, "Azad Azərbaycan" (ATV) televiziyasında yayınlanan "Çox yaşa" verilişinin aparıcısı, uroloq Vasif İsmayıl tərəfindən bu il fevralın 5-də "City Hospital-da əməliyyat olunub və sidik kisəsi çıxarılıb. Səhv həyata keçirilən əməliyyat Səriyyə Ələkbərovanın həyatını itirməsinə gətirib çıxarıb.

S.Ələkbərovanın sidik kisəsində xoşxassəli şiş olub və o əvvəllər bir neçə dəfə əməliyyat edilib. Şişin təkrar-təkrar kəsilməsi xəstəyə əziyyət verdiyindən, o, V.İsmayıla müraciət edib. V. İsmayıl isə sidik kisəsinin ümimiyyətlə götürülməsini məsləhət görüb və bunun heç bir qorxulu hal olmadığını, xəstənin bir həftə sonra sağlam evə qayıdacağını deyib.

Amma xəstənin vəziyyəti əməliyyatdan dərhal sonra kəskin pisləşib. S.Ələkbərovanın həyat yoldaşı Zakir Ələkbərovun dediyinə görə, əməliyyat zamanı və əməliyyatdan sonra iki dəfə xəstənin ürəyi dayanıb, böyrəkləri və bağırsaqları öz funksiyasını itirib. Bağırsağın fəaliyyətini artırmaq üçün xəstəyə prozerin və ona məlum olmayan başqa iynələr vurulub. İynənin dozası artıq olduğundan əzələ zəifliyi, sinir keçiriciliyinin pozulması kimi fəsadlar ortaya çıxıb. Həm də xəstənin ağ ciyərlərində durğunluq yaranıb, tənəffüs çatışmazlığı baş verib. Xəstə mart ayının 8-nə qədər "City Hospital"da reanimasiyada qalıb. Bu bir ay ərzində Vasif həkim xəstənin yaxşılaşacağı barədə yalan vədlər verib.

Məlum olub ki, əslində S.Ələkbərovanın ölümünə səbəb onun xəstəliyi yox, məhz düzgün əməliyyat edilməməsidir. Əməliyyat zamanı onun bağırsağı düz tikilməyib. Zondla qidalandırılan xəstənin möhtəviyyatı düz bağırsaqdan çıxmaq əvəzinə cinsiyyət orqanından çıxıb. Qarnının ön divarında aparılan təxminən 15 sm-lik kəsik tikilməyib, tamamilə açıq qalıb və irinləyib.

Bir aydan sonra Vasif İsmayıl Səriyyə xanımın sinir sistemini müalicə etmək üçün nevropatoloqa müraciət edib. 1,5 ay "City Hospital"da nəticəsiz müalicədən sonra ağrılara tab gətirməyən S.Ələkbərovanı ailəsi nevropatoloqun məsləhəti ilə Tibb Universitetinin Tədris Terapevtik klinikasına köçürüb. Amma burada xəstənin vəziyyətinin ağırlaşdığını görən klinika ondan imtina edib. Ailə məcburiyyət qarşısında xəstəni nevroloji müalicə üçün "Medistyle" özəl hospitalına aparıb. Burada həkimlər onun əzələlərini bərpa etməyə, əsəb sistemini müalicə etməyə çalışsalar da, bir nəticə hasil olmayıb. O, ağır vəziyyətdə evə gətirilib və martın 26-da dünyasını dəyişib.

Həkim Vasif İsmayıl isə iddia edir ki, xəstə müalicənin səhv aparılmasından deyil, əməliyyatdan sonra meydana çıxan fəsadlara görə dünyasını dəyişib. "Səriyyə Ələkbərovada əməliyyatdan 3-4 gün sonra əzələ zəifliyi fəsadı meydana çıxdı. Onun ağ ciyərində də ləkələr var idi. Onu reanimasiyada saxlayaraq müalicə eləmək mümkün idi. Ailəsi maddi vəziyyətinin imkan vermədiyini əsas gətirərək xəstəni reanimasiyadan çıxardı" – deyə Vasif İsmayıl bildirib.

Amma S.Ələkbərovanın həyat yoldaşı həkimin yalan danışdığını deyir: "Həkim yalandan deyir ki, guya biz maddi vəziyyətimizin çətin olduğunu deyərək xəstənin reanimasiyada müalicəsinə imkan verməmişik. Faktiki olaraq biz 1,5 ay xəstəni reanimasiyada saxlamışıq və bu müddət ərzində xəstənin əməliyyatı və müalicəsi üçün 22 min manat xərc çəkmişik. Üstəlik bu müddətdə xəstəyə vurulan 20 litr qanı, plazmanı, immunoglobulini, albumini də biz öz hesabımıza almışıq. Biz görəndə ki, artıq "City Hospital"da xəstənin sağalması üçün heç nə edə bilmirlər və xəstə əldən gedir, onda məcburiyyət qarşısında qalıb onu başqa klinikaya aparmışıq. Başqa klinikada isə xəstəyə baxan kimi bizə onun ölümcül olduğunu, müalicə üçün çox gec qaldığını bildirdilər. Məsləhətləşdiyimiz bir neçə həkim bizə bildirdi ki, sidik kisəsinin götürülməsi onun ölümünə gətirib çıxara bilməzdi. Həkim əvvəllər Səriyyənin sidik kisəsində əməliyyat edildiyini nəzərə alaraq bir müddət gözləyəndən sonra əməliyyat etməliydi. Amma o bunun fərqinə varmadan xəstəni tələsik əməliyyat edib. İkincisi, o əməliyyat zamanı xəstənin bağırsaqlarını düz tikməyib. Həkim deyir ki, xəstənin ağ ciyərlərində ləkələr olub və əməliyyatdan sonra onun ağ ciyərində durğunluğun yaranmasına da bu hal səbəb olub. Bəs həkim olan şəxs bilməliydi ki, ağ ciyərində belə bir problemi olan adamı əməliyyatdan sonra nə gözləyə bilər".

Z.Ələkbərov deyib ki, həkim V.İsmayılın bundan sonra başqa insanların canına qəsd etməsinin qarşısını almaq üçün onunla hüquq müstəvisində danışmaq məcburiyyətindədirlər: "O, ölümünə bais olduğu xəstənin həyatına görə qanun qarşısında cavab verməlidir. Üstəlik, xəstənin müalicəsi üçün sözügedən klinikaya ödənilən vəsait də geri qaytarılmalıdır. Biz bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat tələb edəcəyik".

Z.Ələkbərov həmçinin vurğulayıb ki, Vasif İsmayıl bir insanın həyatına öz savadsızlığı və səriştəsizliyi ilə son qoymasına baxmayaraq, hələ də ATV-də "Çox yaşa" verlişini aparır və özünün reklamı ilə məşğuldur: "Bu reklam isə insanların həyatı bahasına başa gəlir. Həm ATV telekanalı, həm də V.İsmayılın əməkdaşlıq etdiyi klinikalar daha çox insanın həyatına edilə biləcək qəsdlərin qarşısını almaq üçün bu adamın reklamının qarşısını almalı, necə deyərlər, bazarını bağlamalıdır....".

Tarix
2014.04.17 / 17:38
Müəllif
Ülkər Abdullayeva
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla