Yuxarı

O, Markesi tanımadığına haqq qazandırdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün bir jurnalist mənə zəng vurub "Axar.az" saytından deyir ki, Qabriel Qarsia Markes rəhmətə gedib, tanıyırdız onu?"

Bu sözləri "Axar.az"ın əməkdaşının incəsənət adamları arasında keçirdiyi sorğudan sonra Əməkdar artist Aybəniz Haşımova Markesi tanımamasına haqq qazandırmağa çalışdığı Feysbuk statusunda yazıb.

Əməkdaşımızın incəsənət adamları ilə keçirdiyi sorğunun nəticələri saytda yayımlandıqdan sonra Əməkdar artist özünün Feysbuk səhifəsində bunları qeyd edib:

"Bu gün bir jurnalist mənə zəng vurub, "Axar.az" saytından, deyir ki, Qabriel Qarsia Markes rəhmətə gedib, tanıyırdız onu? Mən heç görmədim ki, bu qədər dəyərli Azərbaycan məşhurları rəhmətə gedəndə bir nəfər heç olmasa zəng vurub soruşsun ki, ay Aybəniz, onu tanıyırsan? Yenə deyirəm, Allah min rəhmət eyləsin. Birinci növbədə, öz yazıçılarımıza sevgi və sayğı göstərməliyik. Rəhmətə gedənlərə min rəhmət, qalanlara isə can sağlığı".

Xatırladaq ki, "Axar.az" incəsənət adamları ilə keçirdiyi sorğuda iştirak edən müğənni Aybəniz Haşımova Qabriel Markesi müğənni zənn etmişdi:

"Axı, mənim nəyimə lazımdır o adam? Bax, indi deyəcəm, güləcəksiniz, mənim öz sənətkarlarım qalıb qıraqda, Markesi tanımalıyam? Mən heç Azərbaycanın aktyorlarını fərli-başlı tanımıram. Bunları niyə tanımalıyam? Daha ciddi sual verə bilməzsiz?"

Tarix
2014.04.18 / 16:43
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla